четверг, 14 ноября 2013 г.

                    
                 Tərlan    Tərlanov    Defektoloq-Loqoped.

 Hər hansı bir dövlət quruluşu öz cəmiyyətini çərçivələyir.

Cəmiyyət və onun psixologiyası maddiyyatdan zəruriləşir.




Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqda müəyyən bilik və təsəvvürlər sistemi insanın dünyagörüşünü təşkil edir.
Təbiət və cəmiyyət hadisələrinə yanaşma , onların şərh və izah edilməsi , mürəkkəb və çoxcəhətli rəftar , fəaliyyət öz istiqamət etibarilə şəxsin dünya görünüşünə əsaslanır. Dünyagörüşünün qarışıqlı şərtlənməsi əsasən iki cəhəti özündə birləşdirir. Bunlardan birincisi və ən əsası ətraf varlığın əmələ gəlməsi və qanunauyğunluqların qeyri maddi və ideal ruhi qüvvənin təsiri ilə idarəolunmasını özündə əks etdirən dini idealogianın cəmiyyət tərəfindən yazılmamış qanunlarından ibarətdir. İkinci cəhət isə qanunauyğunluqların elmi əsaslarla dərkedilərək acıqlanmasıdır.
Dünyagörüşü cəmiyyətin maddi həyatı ilə şərtlənir , eyni zamanda zamanında əhatə olunduğu cəmiyyətlə. Insan təbiət və cəmiyyət haqqında elmi və sosial biliklərinin səviyyəsindən və əhatə olunduğu zaman quruluşundan asılı olaraq dəyişir. Hər bir dövrdə dünyagörüşləri arasında uyğunsuzluq müşahidə olunmuşdursa da, yeni maddi istehsal vasitələrinə, cəmiyyətin rifahının yaxşılaşmasına xidmət edən yeni cəmiyyət hakim dünyagörüşünə malik olur.
Onu da qeyd etmək lazımdır ki, eyni dünyagörüşünə malik olan adamlar, fərdi-psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər. Dünyagörüşü cəmiyyət adlanan müəyyən nəsillərin dövrü xüsusiyyətləri ilə əhatələnir. Məsələn: Hal-hazırki yeni yaranan gənc nəsil Azərbaycan xalqının yeni dünyagörüşünü yaradır.
Keçmiş sovet cəmiyyətində uzun müddət təsir altında tərbiyə olunmuş nəsillər, hazırki nəsillə fərqli dərəcədə fərqlənir. Bunun özü də təsir xüsusiyyətlərindən asılıdır. Təhsilin təşkilində, elmi-texniki tərəqqinin fərqli inkişafı,dünyaya inteqrasiya və s. halları təsir xüsusiyyətləri  kimi qeyd etmək olar.  Cəmiyyətin bu cür formalaşması bu və ya digər formada əvvəlki forma və xüsusiyyətlərindən fərqlənir.
Bu da həqiqətdir ki, milli dövlətçilik dünyagörüşü sistemini sadəcə olaraq bilmək kifayyət deyil. Vətəndaşda bu dünyagörüşünün həyatiliyi , həqiqiliyi və zəruriliyi haqqında dərin və möhkəm etiqad əmələ gəldikdə , başqa sözlə bu dünyagörüşü insanın əqidəsinə çevrildikdə şəxsiyyətin tamlığını təmin edir. Milli dövlətçilik dünyagörüşü vətəndaşların inam və əqidəsinə çevrilməsinə nail olunması əsasdır. Insanın cəmiyyət qarşısındakı vəzifələrini dərk etməsi , yüksək məqsədi dərk edib onun uğrunda mübarizə aparması inam və əqidəsi ilə vəhdətdədir , bundan əlavə inam və əqidə bu fəaliyyət və mübarizənin əsasıdır. Başqa cür söyləsək , insanın tutduğu yol , yəni əqidəsi , onun öz həyat yolunu tam aydınlığı iləəyyən və təsəvvür etmək imkanı verir , əsaslandırır. 
Hər bir şeyin hüdudu və şaxələri olduğu kimi yaşayışın da 1 neçə istiqamətləri var , öz məğzi öz məcburi cəhətləri var.Əsas hesab edilən 3 cəhətini qeyd edək:
1)    Qabiliyyətləri təzahür etdirən fəaliyyət.
2)    Tələbatları yerinə yetirmək üçün maddiyyat.
3)    Məkan tarixində onu əhatə edən cəmiyyət.
    Tələbatın hərəkətverici qüvvəsi ilə baş verən fəaliyyət özü getdikcə təlabata çevrilir və insan orqanizminin fəaliyyətə zəruri ehtiyacı olur.Fəaliyyət müxtəlif və çoxcəhətli olmaqla bu və ya digər formada təlabatı ödəyir. Insan fəaliyyəti əsnasında ətrafı təsəvvür etməyə, anlamağa başlayır, ona müəyyən elmi, əxlaqi və estetik münasibət bildirir. Fəaliyyət gücləndikdə (maddiyyat tam ödəndikdə) insan əqli və zehni qabiliyyətlərinin genişləndirilməsi, ictimai-tarixi dövrə uyğun inkişafı üçün kifayyət qədər vaxt və enerji ehtiyyatına malik olur.
İnsan bu və ya başqa tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət həmişə müyyən məqsəd daşıyır. Başqa sözlə insan hər hansı tələbatın ictimai zəruriliyini dərk edərək öz fəaliyyətini bunu ödəməyə yönəldir. Qarşıya qoyulan məqsədi yüksəldikcə, insanın buna nail olmaq uğrunda fəaliyyəti  də dolğun və məzmunlu olur. Bu isə özlüyündə şəxsiyyətin psixoloji simasının formalaşmasına və möhkəmlənməsinə çox qüvvətli müsbət təsir göstərir. Cəmiyyət və onun vətəndaşlarının fəaliyyəti milli dövlətçilik dünyagörüşündən qüvvət alır.Insanı hərəkətə gətirən, fəaliyyətə təhrik edən qüvvələr: dünyagörüşü,əqidə, fikirlər, hisslər, maraqlar, bir sözlə tələbat insan fəallığının əsasını təşkil edir.
Yaşayış üçün zəruri olan həyatın davam etdirilməsinə vacib hesab edilən həlledici əhəmiyyətə malik maddiyatdır. Maddi tələbat insan həyatı üçün ilkin şərt olmaqla maddələr mübadiləsinin tarazlığının qorunması üçün yemək , içmək və s başlayır.
İnsan öz həyatını və fəaliyyət növünü davam etdirməkçün  əsas ehtiyacını ifadə edən maddi təlabatı ödəməlidir. Bunları qida , geyim , mənzil və s kimi qeyd etmək olar , qida-mübadilə , geyim-şüur mədəniyyəti , mənzil-məbiət qayda-qanunlarını tənzimləmək və s. Müxtəlif əsərlərdə maddiyyatı zərurət , təbii hal kimi qiymətləndirilir. Insan orqanizminin bioloji vəzifələri ilə əlaqədar olan zərurəti, yəni maddiyyatı ictimai , sosial-tarixi funksiya daşıyır.
Tələbatı (maddi) yalnız təbiətdə olan şeylərlə təmin etmək olur. Lakin, təbiətdə olan şeylərin hazırlanıb orqanizmin tələbatına ödəmək üçün insan fəaliyyət göstərir. Zərurət və istəklərin ödənilməsi üçün lazım olan tələbat insan fəallığının əsasını təşkil edir. Insan fəallığı genişləndikcə tələbat şüurlu fəaliyyətə çevrilir.
Maddiyyat və fəaliyyət qarşılıqlı əlaqə və asılılıq- dadır. Maddiyyat tam ödənildikdə baş beynin böyük yarımkürələri qabığında onunla əlaqədar olan proseslərə az enerji sərf olunur, bunun sayəsində fəaliyyət qüvvətlənir.



Комментариев нет:

Отправить комментарий