четверг, 5 декабря 2013 г.

AUTIZM

Autizmin Tipik Xüsusiyyətləri
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır. 
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir. 
Mənasız sözləri
 ardıcıl təkrarlayır.
•Predmetləri davamlı olaraq çevirməkdən xoşugəlir. 

четверг, 14 ноября 2013 г.

                    
                 Tərlan    Tərlanov    Defektoloq-Loqoped.

 Hər hansı bir dövlət quruluşu öz cəmiyyətini çərçivələyir.

Cəmiyyət və onun psixologiyası maddiyyatdan zəruriləşir.




Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqda müəyyən bilik və təsəvvürlər sistemi insanın dünyagörüşünü təşkil edir.
Təbiət və cəmiyyət hadisələrinə yanaşma , onların şərh və izah edilməsi , mürəkkəb və çoxcəhətli rəftar , fəaliyyət öz istiqamət etibarilə şəxsin dünya görünüşünə əsaslanır. Dünyagörüşünün qarışıqlı şərtlənməsi əsasən iki cəhəti özündə birləşdirir. Bunlardan birincisi və ən əsası ətraf varlığın əmələ gəlməsi və qanunauyğunluqların qeyri maddi və ideal ruhi qüvvənin təsiri ilə idarəolunmasını özündə əks etdirən dini idealogianın cəmiyyət tərəfindən yazılmamış qanunlarından ibarətdir. İkinci cəhət isə qanunauyğunluqların elmi əsaslarla dərkedilərək acıqlanmasıdır.
Dünyagörüşü cəmiyyətin maddi həyatı ilə şərtlənir , eyni zamanda zamanında əhatə olunduğu cəmiyyətlə. Insan təbiət və cəmiyyət haqqında elmi və sosial biliklərinin səviyyəsindən və əhatə olunduğu zaman quruluşundan asılı olaraq dəyişir. Hər bir dövrdə dünyagörüşləri arasında uyğunsuzluq müşahidə olunmuşdursa da, yeni maddi istehsal vasitələrinə, cəmiyyətin rifahının yaxşılaşmasına xidmət edən yeni cəmiyyət hakim dünyagörüşünə malik olur.
Onu da qeyd etmək lazımdır ki, eyni dünyagörüşünə malik olan adamlar, fərdi-psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər. Dünyagörüşü cəmiyyət adlanan müəyyən nəsillərin dövrü xüsusiyyətləri ilə əhatələnir. Məsələn: Hal-hazırki yeni yaranan gənc nəsil Azərbaycan xalqının yeni dünyagörüşünü yaradır.

         Afaziyada müasir neyrolinqvistik təsnifat


          На основании нейролингвистического анализа афазии разработана классификация, которая отличается от нейропсихологической, созданной А. Р. Лурия. Основное отличие состоит в том, что каждая из выделенных форм афазии рассматривается не как системное следствие первичного дефекта гностико-праксического уровня речевой системы и не как результат поражения языкового уровня, а как дезактивация навыков, относящихся к одному из видов речевой деятельности и имеющих особую локализацию. В зависимости от локализации очага поражения выделены такие фыормы афазий:
          1) фонологическая афазия 1 – нарушение фонологического декорирования воспринимаемой речи;
          2) фонологическая афазия 2 – нарушение способности перешифровывать фонемные ряды в артикулемные;
          3) лексическая (номинативная) – нарушение называния предметов;
          4) морфологическая – нарушение операций словообразования и словоизменения;
          5) синтаксическая – нарушение способности оперировать фразой.
          Специфика каждой из этих форм требует патогенетически ориентированных методов восстановительного обучения.

четверг, 31 октября 2013 г.

                   Nitq temp pozğunluğu

     Ədəbi dilin təzahür vasitəsi-ədəbi tələffüz, fonetik hadisələrin tələffüz normalarını müəyyənləşdirərək nitq surətini təşkil edir.
     Dil ahəngi, vurğu, avazlama, durğu (fasilə) tələffüz normalarındandır. Normal danışıqda insan bir saniyədə 10 səsdən 14 səsə qədər tələffüz edir. Nitqin surətli formasında (hazır material diqtəsində) 16-20 səsli fonetik ifadə yaradır.
Nitq surətinin həddən artıq ləngiməsi və eyni zamanda surətləndirilməsi nitqin temp pozğunluğudur. Məktəbəqədər yaşlı  uşaqların əksəriyyəti öz nitqinin tənzimlənməsində və eyni zamanda qapanma prosesi nisbətində  surətli danışıq baş verir. Əgər uşaqlarda ailədə tələskənli, tez danışıq müşahidə olunursa, yüksək temp ilkin olaraq nitq əlamətinə çevrilir. Keçid dövründə (5-7 yaş) ola bilər ki, əlamət güclənsin. Nevropat uşaqlarda isə yüksək templi danışıq kəkələmə əmələ gətirir. Nitq inkişafı prosesində surətli danışıq tələffüz normalarının formalaşdırılmasına mane olur və uşaqda səs tələffüzü və ümumi ifadə tərzinin düzgün olmayan cəhətlərini möhkəmləndirərək üzə çıxarır
                                                 
Loqopediyada  elmi nəzəriyyələrin cəmlənmə formaları

     Zamanın müasir keçid dövrü elmin inkişafı ilə yanaşı onun müddəlarını  xarakterizə edir. Bu isə hər şeydən əvvəl elmi biliklərin ayrı-ayrılıqda geniş inkişafı, geniş və müxtəıif elmi tədqiqatlar  nəticəsində elmi əsaslarla analizinin alınması, kompleks metodlarla şəxsin öyrənilməsi və digər məsələlər müxtəlif nəzəri fikirlərlə əhatələnir. Əlbəttə, geniş formada elmi problemlərin həll edilməsinə yaxınlaşma, göstərilən fikir və müddəaları dəyişir. Hər bir zamanda  müxtəlif aspektlərlə tədqiqatların sintezi elmin inkişafını dövrü xarakterizə edir

четверг, 17 октября 2013 г.









ƏQLİ CƏHƏTDƏN GERİ QALAN UŞAQLARIN PSİXO-PEDEQOJİ TƏQİQATLARDA PİSXOLOJİ XUSUSİYYƏTLƏRİ
            Məktəb və məktəbəqədər yaşlı uşaqlar arasında istər əqli cəhətdən istərsədə fiziki cəhətdən müxtəlif inkişaf dərəcəsinə malik olan uşaqlara rast gəlmək olar. Bu dövr üçün uşağın əqli və fiziki cəhətdən normal inkişaf etməsi bir sıra müsbət amillərdən aslıdır. Lakin bu müsbət amillər olmadıqda uşaqlar əqli və fiziki cəhətdən müxtəlif xəstəliklərə məruz qalırlar. Bu xəstəliklər sırasında əqli cəhətdən geridə qalma xususi yer tutur. Beyin xəstəliyinin keçirilməsi nəticəsində əmələ gələn mərkəzi sinir sistemində müalicəsi mümkün olmayan mənfi izlər qoyur. Bu isə uşaqları pisixi inkişafdan  saxlayır.
 Əqli cəhətdən geridə qalma katiqoriyasına yalnız müxtəlif xarakterli beyin zədəsi olan  müxtəlif strukturlu psxi inkişafdan qalması olan uşaqlar deyil həm də
       








     DEFEKTOLOQ LOQOPED: İsa Tərlanov
                         DEFEKTOLOQ LOQOPED:      Şəlalə Tərlanova
                                                          

Nitq qüsurlu uşaqların differensial xüsusiyyətləri

Nitq qüsurlu uşaqların ayrı-ayrılıqda öyrənilməsi, qüsur formalarını təkcə  tibbi aspektdə deyil, eyni zamanda psixo-pedaqoji münasibət və bu münasibətdə fərqin təyin edilməsi, araşdırmaların aparılmasını tələb edir. Təcrübədən bildiyimiz kimi ümumi qüsurlar nitq hərəkətverici analizatorun funksional pozğunlğu ilə fərqlənir. Bu isə başlıca olaraq zəif, raxit, kiçik yaşlarında infeksion xəstəlik keçirən uşaqlarda rast gəlinir. Digər formada isə mərkəzi sinir sisteminin pozğunluğu ilə əlaqəlidir. Bu isə beyinlə (ensefalit, travma və s.) bağlı keçirdiyi xəstəliklərdən sonra baş verir.
Beyin qüsurları olan uşaqlarda nevroloji əlamətlər

вторник, 15 октября 2013 г.

                      



                                                                                                         


                               Autizm

Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən UşaqlıqAutizmi" olaraq adlandırılmışdır.

logoped  Terlan 

M ü ə l l i m   ş ə x s i y y ə t i .

     Müəllim şəxsiyyəti, onun sənət fəaliyyətinin əsası və hərəkətverici qüvvəsidir. Müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Cəmiyyət öz əziz evladlarını, ümidlərini, gələcəklərini müəllimə etibar edir. Müəllim dövlətin gələcəyini fəaliyyət prosesində yetişdirir, vətəndaş kimi formalaşdırır. Ona görə də gəncləri şəxsiyyət kimi formalaşdıran müəllimin öz şəxsiyyəti daha yüksək formalaşmalıdır. Təlim tərbiyə işinin müvəffəqiyyəti üçün müəllim həm elmi ,həm də dünyəvi biliklərə yiyələnməli, inam və yüksək ideyalılığa görə fərqlənməlidir. Eyni zamanda mühüm keyfiyyətləri də olmalıdır. Müəllimin  şəxsi keyfiyyətləri onun iş fəaliyyətinə istiqamət verir.
     Müəllim şəxsiyyətində pedaqoji keyfiyyətlərlə yanaşı onun fərdi-psixi xassələri də əsas hesab etmək olar.
                     Tərlanov     Defektoloq-Loqoped.

Cəmiyyət və onun psixologiyası maddiyyatdan zəruriləşir.

Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqda müəyyən bilik və təsəvvürlər sistemi insanın dünyagörüşünü təşkil edir.