четверг, 17 октября 2013 г.









ƏQLİ CƏHƏTDƏN GERİ QALAN UŞAQLARIN PSİXO-PEDEQOJİ TƏQİQATLARDA PİSXOLOJİ XUSUSİYYƏTLƏRİ
            Məktəb və məktəbəqədər yaşlı uşaqlar arasında istər əqli cəhətdən istərsədə fiziki cəhətdən müxtəlif inkişaf dərəcəsinə malik olan uşaqlara rast gəlmək olar. Bu dövr üçün uşağın əqli və fiziki cəhətdən normal inkişaf etməsi bir sıra müsbət amillərdən aslıdır. Lakin bu müsbət amillər olmadıqda uşaqlar əqli və fiziki cəhətdən müxtəlif xəstəliklərə məruz qalırlar. Bu xəstəliklər sırasında əqli cəhətdən geridə qalma xususi yer tutur. Beyin xəstəliyinin keçirilməsi nəticəsində əmələ gələn mərkəzi sinir sistemində müalicəsi mümkün olmayan mənfi izlər qoyur. Bu isə uşaqları pisixi inkişafdan  saxlayır.
 Əqli cəhətdən geridə qalma katiqoriyasına yalnız müxtəlif xarakterli beyin zədəsi olan  müxtəlif strukturlu psxi inkişafdan qalması olan uşaqlar deyil həm də
müxtəlif mənşəli intellekt pozuntusu  olan  uşaqlar aiddir. Buna görə də əqli cəhətdən geridə qalmış  uşaqlar bütöv bir qrup kimi xarakterizə oluna bilməz.
Əqli cəhətdən geridə qalan uşaqlar ilkin yaşlarında öz yaşıdlarından qüsurlu inkişaf edirlər. Bir cox hallarda nitq  inkişafından geridə qalma müşahidə olunur. Adətən bu katiqoriyadan olan uşaqın məktəb yaşə çatdıqı dövürdə belə onların nitq qüsurları olmaqla yanaşı sö ehtiyatlarının məhdudluğu və bəsidliyi tətbiqat zamanı müəyyənedici metodun köməyi ilə üzə çıxır. Eyni zamanda risixi hadisələrin, bacarıq və vərdişlərin, qabiliyyətlərin inkişaf xususiyyətləri aşkar edilərək formalaşır. Nitq mürəkkəb xarakter daşıdıqda isə  əqli cəhətdən geri qalan uşaqlar  həmişə başa düşülmür. Umumiyyətlə onların nitqi cox sadə olur.
Bu katiqoriya geniş cümlə nitqinə malik deyil. Əqli cəhətdən geri qalan uşaqlar  arasında elələri var ki, yönəlilmiş nitqi( müraciət) ümumiyyətlə anlamırlar, elələri də var ki, yönədilmiş nitqi qismən anlayır. Amma sərbəst nitqə malik deyillər. Uşaqların bəzilərində anlaşılmaz danışıq bəzilərində isə  yalnız səs riaqsiyası müşahidə olunur. Bəziləri isə uşaq dili ilə bir neçə söz deyə bilirlər. Uşaqların nitqləri məhtutdur, coxlu fonetik və qrammatik səhvlər olur, pəltəklik, loqonevroz halları müşahidə olunur. Nitqin belə kobud inkişafdan qalması onun anlaşılması  və tətbiq edilməsi uşaqlarda ünsiyyətə mane olur.
Təlim normal uşaqda dərketmə fəaliyyətinin mürəkkəb şəkilinin təşkilini tələb edir.Normal halda elementlərdəki abstraksiyaya və ümumiləşməyə  əsaslanan geniş dərk etmə prosesi yaranmalıdır.
Hər hansı qavrayış fəaliyyətinin əsasını ümumləşdirmə prosesi təşkil edir. Əqli cəhətdən geridə qalma uşaqlarda intelekt xarakterik olduğundan, onlarda ümumləşdirmə prosesinin inkişafdan geri qalmaları  baş verir. Belə uşaqlar bağlılıq və asılılığın analizini və sintezini dərk etməkdə çətnlik çəkirlər.
Formalaşdırıcı eksperment zamanı qeydə alınırki, əqli cəhətdən geridə qalan uşaqlarda təffəkür əyani obrazlı xarakter daşıyır və özünəməxsus xüsusiyyətlərə malik olur. Onlar hər hansı bir cismə baxarkən, onun əsas əlamətlərini deyil bu cismi az xarakterizə edən  əlamətlərini bir qayda olaraq predimentin əyani olaraq açıq cizgilərlə nəzərə çarpan sistemsiz hissələrini ayırır, görür. Əyani vəziyyətdə predimetləri qrup halında birləşdirməyə çətinlik çəkirlər.
Bu katiqoriyadan olan uşaqlar təqlidlə predmetin formasını bölmək və məkan münasibətlərini nəzərə alaraq düzəldə bilirlər. Uşaqların əksəriyyəti müstəqil fəaliyyət zamanı heç bir əşya şəkili çəkmirlər, belə uşaqların müstəqil çəkdiyi şəkil təkrar olunan standart elemetlərdən ibarət olur. Əgər uşaqa konkret tapşırıq verilirsə ( məs.»ev çək» «ağac çək» «adam cək») onda bəzi uşaqlar yəni təxminən üçdə biri cox pirimitiv bir təsvir yarada bilirlər. Bu uşaqlarda insanın tipik təsviri baş ayaq olur. Bu hallar 6-7 yaşlı əqli cəhətdən geri qalan uşaqlarda rast gəlinir. Nəzərə almaq lazımdırki, əqli cəhətdən geri qalan uşaqlar bir –birindən olduqca fərqlənirlər. Uşaqın sensor və intellektual inkişafının səviyəsini bir tapşırıqla təyin etmək olmaz.
Dərketmə təlim materiallarını mənimsəmək üçün mühüm əhəmiyyət kəsb etdiyi halda  müqayisə prosesinin kəskin çatışmamazlığı özünün aşkara çıxarır. Əqli cəhətdən  geri qalan uşaqlar təlim prosesinin lap ilkin cağlarında səsin və hərfin fərqlənməsində çətinlik çəkirlər.
Əqli cəhətdə geri qalan uşaqlarda təfəkkür idrak prosesinin  ləngiməsi nəticəsində  çatışmaması riyaziyyat(hesab) dərslərində özünü daha çox aşkara çıxarır. Ən elementar hesablama əməliyyətı abstraksiyalılıq tələb etdiyi halda, xüsusi təlim olmadan. pisixi təsirsiz konkret material üzrərində hesablamalara qadir deyirlər. Heç bir müdaxilə olmadan bu kotiqoriyadan olan uşaqlar  ardıcıl saymada, silsiləli saymanı çətinlik çəkmədən mənimsəyirlər. Əqli cəhətdən geri qalan uşaq cox vaxt məsələ həll edərkən onun mənasını başa düşmür. Məsələnin məzmunu, orada göstərilən rəqəmlər haqda məlumatlar, onların riallığı və araolarındakı əlaqələr dərk edilmir. Lakin məsələnin mativi uşaqlarda maraqlı olduğundan heç bir psixi müdaxilə olmadan yalnız müəyyən edici eksperimentin köməyi ilə suallara cavab verməklə məsələnin həllinə can atırlar. Amma mətindəki rəqəmlər və adlar arasında olan mırəkkəb sistem bağlılığı xüsusi çətinliklər törədir.Məsələ həllində əşyaları və onların təsvirlərini düzgün mənimsəyirlər, lakin əşyalar hadisələr arasında bağlılıq sisteminin müəyyən etməkdə cox çətinlik çəkirlər. Sujetli şəkillərə və ya ardıcıl şəkillər seriyasına baxarkən, onlar bu şəkillərdəki ayrı-ayrı detalları sadalamaqla adlarını düzcün deyə bilirlər. Amma şəkildəki əsas cəhətləri ayıra bilmirlər. Və ya ardıcıl şəkillərin vahid sujetdə bağlaya bilmirlər bu əlamətlər əqli cəhətdən geri qalan uşaqlarda onların bədi ədəbiyyatdan ayrı- ayrı parçaların oxuyub başa düşmələri  zamanı da özünü göstərir. Mətindəki ayrı-ayrı hissələrin arasındakı bağlılığı müəyyən etməkdə. hekayənin mənasını personajların hərəkət motivlərini başa düşməkdə  və s.  çətinlik çəkirlər.
Ətraf mühiti təsəvvür etmək və ətraf mühitdə istiqamət götürmək kimi  xüsusiyyətlər əqli cəhətdən geri qalan uşaqları öz normal həm yaşıdlarından fərqləndirir. Təbii hadisələrin müəyyən ediməsi mühütdə pridmetlər arasındakı  bağlılıqlar, mühüt barədə xarakterik biliklərin əmələ gəlməsi nitq inkişafında öz təsir gücünü göstərir. Əqli cəhətdən geri qalan uşaqların həm 5-6 yaş,həmdə 8-9 yaşlarında onları əhatə edən varlıq,  zaman və gündəlik həyat məsələləri barəsində kəskin surətdə kasad və məhtut anlayışları  bu katiqoriyadan olan uşaqlar doğma adamlarının adlarını harada işlədiklərini və ev ünvanlarını bilmir.
Psixi  proseslər inertli, və ağır hərəkətedici xarakteri nəticəsində dolaşığa məruz qalır və onun təfəkküründə steriotipliyə meyl artıq olur. Əqli cəhətdən geri  qalan uşaqların təfəkküründə çatışmamazlıqlar təkcə onların  qavrama qabiliyyətlərinin  xususiyyətlərini müəyyən etmir. Bu çatışmamazlıqlar həmçinin bütövlükdə şəxsiyyətin inkişafına öz təsirini göstərir. Onlar şəraiti lazimi dərəcədə dərk etmədiklərindən öz davranışlarını şəraitdən aslı olaraq dəyişə bilmirlər. Ətrafdakılara və öz özlərinə qarşı tənqidi münasibəti aşağı səviyədə olur. Hadisənin araşdırılması və qiymətləndirilməsi demək olarkı yox səviyəsində olur.
Bu katiqoriyadan olan uşaqların oyunu stereotip və primitiv xarakter daşıyır. Onlar cox zaman oyunda öz üzərlərinə gütürdükləri rola müvafiq hərəkət edə bilmirlər.Buda ondan irəli gcəlirki onlar bütövlükdə oyunun mahiyyətini başa düşmürlər. Əqli cəhətdən geri qalan uşaqların psixi inkişafındakı qüsurlar məktəbəqədər yaş dövründən fərqli olaraq məktəb təhsili şəraitində özünü daha kəskin formada biruzə verir.
E. (7yaş 2 ay)  psixoloji pedeqoji müayinə zamanı bir-birinin   daxilinə keçirilən oyuncaq fiqurların hətta iki tərkibli formasını da  yığa bilmir. Pramida oyuncağını isə böyük- kiçiklik nəzərə alınmadan  yığdı.Cüt şəkillərin bir neçəsini tapdıqdan sonra tapşırıqdan imtina etdi. E. əşya şəkili çəkə bilmir. Tədqiqatçı tərəfindən verilən təlimat ona kömək etmir. E. nümunəyə əsasən seçmə tapşırığını  tamamilə anlamır. Müxtəlif kotiqoriyadan olan şəkilləri bir qrupda  qruplaşdırmak tapşırığının bacarmır və heç nəyi qruplaşdıra bilmir. Motorika və psixikasında aqrissivlik daha çox özünü biruzə verir. Lakin bununla yanaşı təqlid üzrə çox yaxşı işləyir. Həndəsi fiqurları  qutunun oyuqlarından içəri salarkən o nəyinki obyektin fomasında diqqəti cəmləyirdi, həmdə gözə yari təyin edirdi bu isə belə katiqoriyadan olan uşaqlar üçün ən xarakterik üsuldur.
Əgər müayinə zamanı E. yalnız həndəsi fiqurlarla  bağlı tapşırıq verilsəydi onun imkanları çox yüksək qiymətləndirilərdi. Bu və ya yalnız ilk tapşırıqlarla kifayətlənsəydik. onda uşaq öz imkanlarını göstərə bilməzdi, bütün bu göstərilən hiss və intellektual inkişafın xüsusiyyətləri məktəbəqədər  yaşlı  əqli cəhətdən geri qalan uşaqlar üçün xarakterikdir,  bəzən də 8-9 yaşa qədər.
K. (8 yaş 1 ay) əqli cəhətdən geri qalmanın  ən yüngül  forsasıdır. Fəsillər təsfir edən şəkillərin onların təzahür hadisəli şəkillərini birləşdirərkən uşaq uyğunlaşdırmağı bacarmamaqdan əlavə şəkillərin nəyi təzahür etdiyini dərk etmir.
Beləki əqli cəhətdən  geri  qalan uşaqlarda dərketmə vasitəsiilə tədris materiallarını mənimsəmək üçün əhəmiyyət kəsb edən müqayisə prosesinin kəskin çatışmamazlığı aşkar olunur. Pramidanın yığılması  işini yerinə yetirərkən fiqurların böyük kiçikliyini nəzərə alaraq pramidanı tam şəkildə toplayır. İki eyni cüt şəkilləri müqayisə etməkdən imtina etdi. Diqqət və diqqətin cəmlənməsi yoxdur. Böyüklərlə ünsiyyətə girir davamlılıq sağlaya bilir, bu da təlimə öz təsirini göstərir.
Təqlidə əsasən onlar bir qrup pridmentdən 1,2 və coxlu sayını ayıra bilirlər. Toplama əməliyyatı hətta əyani planda belə tamamilə yoxdur.
Bu katiqoriyanın uşaqları ən sadə elementar şəkillərin belə çəkə bilirlər. Onlar tamamilə heç bir təlimatda diqqət çəkməyə bilmirlər, hərçənd  bəzi hallarda  jesti anlayıb ona uyğun olaraq hərəkət edə bilməyən cəhd edirlər.
Əqli cəhətdən geri qalan  uşaqların bu katiqoriyası fəaliyyətin heç bir növündə  ümumləşdirmə səviyyəsinə çatmırlar. Yuxarıda göstərilənlər onlarda yalnız 5-6 yaşda yox, həmdə daha gec 8-9 yaşda özünü göstərir.
Əqli cəhətdən geri qalan uşaqların böyüklərlə kantakt qurmaları qabiliyyət  nöqteyi nəzərdən bir- birindən fərqli formada olur. Onların bir çoxları asan və tez ünsiyyətə girir , digərləri  böyük  çətinliklə, əsasilə  bir çoxlarında ünsiyətsizlik, arzu olunmazsızlıq, böyüklərlə  ünsüyyət təşkil etməyi  bacarmamaq aşkar olunur. Böyüklərlə ünsiyyət formal və əvvəlki qaydada olmaqla yanaşı ünsiyyətə tez girir  və tez də çıxır. Fikir dağınılıqlığı ünsiyyətin davamlılığını itirir. Əqli cəhətdən geri qalan uşaqların əksəriyyətində  diqqətin pisliyi qeydə alınır. Bu uşaqlarda diqqətin obyektə yönəldilməsi və davamlılığı  çətinliklə  olur. Xususi korreksiya və tərbiyəedici iş aparmadan əqli cəhətdən geri qalan  uşaqlarda  fikirin cəmlənməsi formaca inkişafı nəzərə  çarpmır.
Əgər demək mümkündürsə əqli cəhətdən geri qalan uşaqlar əslində nailiyyətin olmamasını sərbəst qiymətləndirilməsinə və öz hərəkətlərinə cavabdehliklə yoluna qoyulmasına  qadir deyillər. Böyüklərlə  ünsiyyətdə hissiyat və duyumluluq daha çox özünü biruzə verir. Onlar bu yolla ünsiyyəti oyuna çevirirlər. Korreksiya tərbiyə edici iş aparmaqla bu pisixi idrakı halları qavrama və təfəkkürə çevirmək istədikdə əqli cəhətdən geri qalan uşaqlar qəfil ünsiyyəti  kəsir.
 

ƏDƏBİYYAT

A.A  Venqer  Q.L  Vıqodskaə . G. İ Leonrard  Otbor detey v epeüialjnıe doşkoljnıe uçrecdeniə. Prosvehenie 1972
Luriə A. E Rolj reçi v psixiçeskom razvitii rebenka. Vaprosı  psixoloqin 1958 .

Levzner M.S Deti oliqofrenı. 1959.   

Комментариев нет:

Отправить комментарий