четверг, 17 октября 2013 г.

       








     DEFEKTOLOQ LOQOPED: İsa Tərlanov
                         DEFEKTOLOQ LOQOPED:      Şəlalə Tərlanova
                                                          

Nitq qüsurlu uşaqların differensial xüsusiyyətləri

Nitq qüsurlu uşaqların ayrı-ayrılıqda öyrənilməsi, qüsur formalarını təkcə  tibbi aspektdə deyil, eyni zamanda psixo-pedaqoji münasibət və bu münasibətdə fərqin təyin edilməsi, araşdırmaların aparılmasını tələb edir. Təcrübədən bildiyimiz kimi ümumi qüsurlar nitq hərəkətverici analizatorun funksional pozğunlğu ilə fərqlənir. Bu isə başlıca olaraq zəif, raxit, kiçik yaşlarında infeksion xəstəlik keçirən uşaqlarda rast gəlinir. Digər formada isə mərkəzi sinir sisteminin pozğunluğu ilə əlaqəlidir. Bu isə beyinlə (ensefalit, travma və s.) bağlı keçirdiyi xəstəliklərdən sonra baş verir.
Beyin qüsurları olan uşaqlarda nevroloji əlamətlər
daha çox müşahidə olunur. Nevroloji əsaslı mikrosimptomatikada səhv faktorlarla anamnez edilməsi, loqopedik istiqamətdə işin aparılmasında çətinlik yaradır.
Yüngül nitq qüsurları ayrı-ayrı fonemlərin səhv tələffüzü ilə bağlıdır. Ağır nitq qüsurlu uşaqlarda isə təkcə tələffüz deyil, eyni zamanda səs, temp, avazlama, modulyasiya, tənəffüz və s. müşahidə olunur.
Bir çox mütəxəssislər apardıqları təcrübələrdən belə nəticəyə gəlmişlər ki, uşaqlarda xarakterin fərqliliyi tibbi-pedaqoji aspektdə müxtəlif formalı nitq pozğunuluğunu tam olaraq aşkarlamağa bir o qədər imkan vermir. Uşaqlara yanaşmada differensial diaqnostikadan istifadə edilir. Bu da bildiyimiz kimi, uşaqların psixo-pedaqoji xüsusiyyətlərini tam olaraq açıqlamağa çox köməkliyi olur və islaholunmada loqoped üçün xarakterik xüsusiyyətləri əsasdır.
Müasir tədqiqatlarda əsas məqsəd belə uşaqların spesfik psixo-pedaqoji xüsusiyyətlərini, əsasən də, mərkəzi sinir sisteminin orqanik pozğunluq əlamətlərinin olub-olmadığını müəyyənləşdirmək mütləqdir. Müəyyənləşdirmə zamanı eynilə uşağın müxtəlif situasiyalı əhatə dairəsində düşdüyü şəraitə necə uyğunlaşdığına diqqət yetirmək lazımdır.
Psixo-pedaqoji öyrənmədə uşağın dərketmə, yaddaş, diqqət, təfəkkür, iradi-emosional sfera və xarakteri ön plana gətirilməlidir, paralel olaraq danışıq anında olan qüsurların tədqiqi aparılmalıdır.
Təfəkkür və digər psixi funksiyaların bir çox formada dağınıqlığı əsəb prosesinin yaxın əhatəli pozğunluğu ilə bağlıdır. Ali sinir fəaiyyətinin tipik-formasında qabıq analizatorunun qanunauyğun işi uşağın özünəməxsus psixi xüsusiyyətlərini əks etdirir.
İdrak prosesinin müntəzəm inkişafında siqnal sistemi xüsusi rol oynayır. Düzgün qarşılıqlı təsirin qurulması uşağın psixi sferasının müntəzəm inkişafı şüur səviyyəsindən asılıdır. Bildiyimiz kimi nitq təfəkkürlə sıx bağlıdır, xüsusilə də şəxsin ilkin inkişaf mərhələsində bu bağlılıq tarazlaşmadıqda fəsadlar törədir. Beləliklə məlum olur ki, uşağın intellektual bacarıqlarıın formalaşmasında nitq funksiyasının düzgün inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. İstər qrup, istərsə də fərdi yanaşmada məlum olur ki, yuxarı qrup bağça yaşlı uşaqlarda ağır nitq  pozğunluqlarında bu və ya digər formda və dərəcədə psixoloji inkişafın ləngiməsi müşahidə olunur.
Təkcə tələffüz dəyişikliyi olan uşaqlarda çox təsadüfi hallarda psixi inkişafın ləngiməsinə rast gəlinir, səs dəyişkənliyi əsasən normal intllektual inkişafa malik uşaqlar uğrayır. Bir çox hallarda isə xarakter və emosional sferasında əsəbilik, lüzumsuz hərəkətlər, tez incimə, ağlağanlıq diqqətində dəyişkənlik müşahidə olunanlara da rast gəlmək olur. Funksional fonetik tələffüz dəyişkənli uşaqlarda danışıq qüsurları istiqamətində bir çox hallarda ayrı-ayrı  səslərin və ya qrup səslərin tələffüzünün pozğunluğu müşahidə olunur. Mexaniki tələffüz dəyişkənliyi təkcə danışığın tələffüzü istiqamətində deyil, eyni zamanda burunda tələffüz xüsusiyyətləri, sürtülərək pozulma və s. müşahidə olunur.
Funksional tələffüz dəyişkənliyində artikulyasiya apparatında bir qayda olaraq, sərt pozğunluq müşahidə olunmur. Mexaniki qaydada isə qüsurlar damaq, dodaq, dil, çənə və s. formada olmaqla qeydə alınır.
Nisbətən ağır nitq qüsurlu uşaqlar üzərində aparılan psixoloji tədqiqatlar göstərir ki, uşaqların bir çoxunda psixi dəyişkənliklər əhval-ruhiyyəsinin tez-tez dəyişməsi, affekt halları, narahatçılıq daha çox özünü göstərir. Bütün uşaqlarda isə bir qayda olaraq qismən zehni yüklənmə diqqətin yayınmasına məqsəddən uzaqlaşma və yadırğama nəzərə çarpacaq dərəcədə müşahidə olunur. Məşğələyə başlarkən özlərini diqqətli və aktiv, qısa bir vaxtdan sonra məxsusi yorğun göstərirlər.
Uşaqlarla qurulan gərgin və əsaslı dəyişiklikli iş fəaliyyəti danışıq imkanlarının genişlənməsi üçün yaxşı nəticə verir. İntelektual səviyyəsi aşağı olan dizartriyalı uşaqlar məşğələ və dərs proseslərində yeni materialları çətinliklə mənimsəyirlər, köhnələri isə unudurlar. Lakin son nəticədə keçirilən materialları yekun yoxladıqda gözlənilməz müsbət nəticə göstərirlər.
Normal intelektə malik tələffüz qüsurlu uşaqlar ünsiyyəti düzgün qurur, material və göstərilən münasibətləri tez və obyektiv qəbul edirlər. Nitq inkişafı məşğələlərində, eləcə də digər proseslərdə loqopedlə səmərəli nəticə göstərir. Əşyaların əsas əlamətlərini ayrı-ayrılıqda söyləyirlər, lakin olipofren və psixi inkişafdan geri qalan uşaqlarda bu xüsusiyətlər eyni dolğunluqda müşahidə olunmur.
Beyinlə bağlı nisbətən ağır nitq qüsurlu uşaqların yaddaşları da müxtəlif dərəcəlidir. Əqli geriliyi və psixi inkişafda ləngiməsi olan uşaqlar hərfləri, şerləri oxunan nağılları çətinliklə yadda saxlayırlar. Keçilmiş materialları tez unudurlar. Belə uşaqlara oyun və mahnı effektli təsir göstərir. Onların artikulyasiya hərəkətlərini, ümumi motarikasını yaxşılaşdırır. Əsasən də səsin möhkəmlənməsi, səslərin tələffüzü, tənəffüz funksiyalarını, diqqətini, yaddaşını, sərbəstlik qabiliyətlərini, yaxşılığa doğru yüksəldir. Fərqli tələffüz qüsurlu uşaqların gün rejiminə özünəməxsus yanaşma xüsusiyyətləri var. Stol arxasında yemək yeyərkən yemək yemək qabiliyyətlərinə düzgün əməl etmirlər. Ləng yeyirlər, gigiyenik qaydalara riayət etməyi tez-tez itirirlər. Belə uşaqlar yuxuya çox çətinliklə gedirlər, narahat yatırlar. Dərhal yatmaq xüsusiyyətləri olmur və eyni zamanda gecələr ayılır, səhərlər çətinliklə dururlar.
Yüngül və fərqli tələffüz qüsurlu uşaqların müqayisəsi əsasən psixoloji münasibətlərlə yanaşı, onlarda oxşar və fərqli xüsusiyətlərini, eləcə də bu və ya digər formada nitq pozğunluqlarını aşkar etməyə imkan verir.
Ümumi nitq qüsuru xüsusiyyətləri:
1.      Müayinə olunan dislaliyalı uşaqların böyük əksəriyyəti normal intellekt nümayiş etdirir. Müstəsna hallarda psixoloji inkişafın ləngiməsi qeydə alınır, bu zaman isə infantilizmin cizgiləri özünü göstərir.
2.      Xarakter və iradi-emosional sferada əsaslı patoloji dəyişiklik olmur. Ünsiyyət və əhval-ruhiyyə həm loqopedik məşğələlərdə eləcə də ayrılıqda normal həddədir. Uşaqlar loqopedlə həvəslə məşğul olurlar, qüsurları dəf etməyə can atırlar.
3.      Fiziki yorğunluqda və qırmızı dermoqrofizm zamanı vegetativ pozğunluqlar aşkarlanır. Bir çox hallarda yaddaşın ifadəli formada zəifləməsi, keçirilmiş loqopedik məşğələlərin mənimsənilməsinə təsirini göstərir.
4.      Mexaniki tələffüz qüsuru istisna olmaqla, artikulyasiya apparatının quruluşunda pozğunluq yoxdur. Tədqiq olunan uşaqların bir çoxunda üzgünləşmə, mücərrədlilik, diqqətin dəyişkənliyi müşahidə olunur.
5.      Yuxusu əsasən sakitdir, gecə qorxuları yoxdur. Gigiyenik qaydalara əməl etmək qabiliyyətini yaratmağa qısa müddətdə kifayətdir. 1-2 ay müddətdə düzgün loqopedik iş aparmaqla səs dəyişkənliyin bərpa etmək mümkündür.
Beyinlə bağlı nitq qüsurlu uşaqların xüsusiyyətləri.
1.      Böyük əksəriyyətində psixoloji inkişafın əsaslı ləngiməsi və oliqofreniya müşahidə olunur. İntelektual səviyyəsinə əsaslı təsir göstərən dərketmə və yaddaş zəifliyi islaholunma prosesini çətinləşdirir.
2.      Ətraf təbiəti öyrənməklə yanaşı iradi-emosional sferasında dəyişiklik hiss olunur. Ümumiyyətlə yanaşmaları və ya əlavələri eyni olmur, qeyri-bərabər səviyyəli, davamsızdır. Əhval-ruhiyyəsi tez-tez dəyişir, gülmək və ağlamaq tez-tez əvəzlənir, affekt, danışığın kəsilməsi, hisslik, inadkarlıq, tez acıqlanma, hər cür münasibətə əsəb müqaviməti əlamətdar haldır.
3.      Vegetativ pozğunluqlar açıq surətdə özünü göstərir: əl və ayaqlar soyuq, nəm: dermoqrafizm parlaq, qırmızı, sabitdir.
4.      Hərəkət sferasında, artikulyasiya apparatında və eyni zamanda ümumi motorik hərəkətlərdə iştirak edən əzələlərin denervasiya pozğunluğu müşahidə olunur. Səs tələffüzündə olan pozğunluqlarla bərabər tənəffüz tənzimlənməsi yoxdur.
5.      Böyük əksəriyyətində əsassız diqqət, mətləbdən, məzmundan tez uzaqlaşma və üzgünlük özünü göstərir.
6.      Əsasən gecə qorxuları və yuxu görmələrlə tez-tez qeydə alınan yuxu pozğunluğu.
7.      Gigiyenik qaydalara çətinliklə əməl edirlər. Əsasən əl-ayaq hərəkətlərində əlavələr və ya çatışmamazlıqla müşahidə olunur. Ağır nitq qüsurlu uşaqlarla uzunmüddətli sistemli loqopedik məşğələlər və tibbi medikamentoz profilaktik tədbirlər aparılmalıdır.
Nəticə uzunsürən və sistemli məşğələlərin təşkilindən, əsas xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılıdır. Ümumi nitq qüsurlu uşaqlardan fərqli olaraq əhəmiyyətli dərəcədə olmayan irəliləyişlə nəticələnir.

Ümumi nitq qüsuru uşaqlarla aparılan loqopedik iş əsaslı dəyişikliklə nəticələnməsinə baxmayaraq danışığın çətin tələffüz olunmasını tibbi tədbirlər və loqopedik məşğələləri differensasiya etməklə (müasir elmi inkişafın köməyilə) müəyyən dərəcədə pozğunluqların qarşısını almaq mümkündür. Loqopediyada ayrı-ayrı fonetik qüsurların müxtəlif struktur öyrənilməsi, düzgün nəticələr əldə etməyə, fərqli metodlar isə danışığın əsasən də tələffüzün normallaşmasına kömək edir.  

Комментариев нет:

Отправить комментарий