вторник, 15 октября 2013 г.

M ü ə l l i m   ş ə x s i y y ə t i .

     Müəllim şəxsiyyəti, onun sənət fəaliyyətinin əsası və hərəkətverici qüvvəsidir. Müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Cəmiyyət öz əziz evladlarını, ümidlərini, gələcəklərini müəllimə etibar edir. Müəllim dövlətin gələcəyini fəaliyyət prosesində yetişdirir, vətəndaş kimi formalaşdırır. Ona görə də gəncləri şəxsiyyət kimi formalaşdıran müəllimin öz şəxsiyyəti daha yüksək formalaşmalıdır. Təlim tərbiyə işinin müvəffəqiyyəti üçün müəllim həm elmi ,həm də dünyəvi biliklərə yiyələnməli, inam və yüksək ideyalılığa görə fərqlənməlidir. Eyni zamanda mühüm keyfiyyətləri də olmalıdır. Müəllimin  şəxsi keyfiyyətləri onun iş fəaliyyətinə istiqamət verir.
     Müəllim şəxsiyyətində pedaqoji keyfiyyətlərlə yanaşı onun fərdi-psixi xassələri də əsas hesab etmək olar.
Buraya müəllimin pedaqoji qabiliyyətlərini, xarakterini, iradi və əqli xüsusiyyətlərini daxil etmək olar. Yaradıcılıq bacarığı müəllimin cəmiyyətlə birlikdə inkişafını təmin edir. Müəllim şəxsiyyətinin əsasında ilk növbədə təcrübə, bilik, bacarıq, vərdiş və adətlər xüsusi yer tutur.
     Müəllim bacarığı və səxsi qabiliyyətlər  yüksəlişi iş fəaliyyətinin müvəffəqiyətini təmin edir.  Bildiyimiz kimi pedaqoji vərdişlərini bir neçə formada xarakterizə etmək olar:
1.Məlumatlandırma
2. Cəlbetmə
3. Fəallaşdırmaq
4. inkişaf etdirmək.
       Sadalanan pedaqoji bacarıq və vərdişlər təlim prosesində yaranır , inkişaf edir. Bunun üçün də müəllim iş fəaliyyətində özünə qarşı tələbkarlıq göstərməlidir. Təvazükarlıqözünəqarşı tələbkarlıq müəllim üçün xarakterik olan keyfiyyətlərdəndir.
   Bildiyimiz kimi müəllimlərin hamısında şagirdlərlə münasibət, ünsiyyət bacarığı eyni olmur. Onlar arasında qarşılıqlı ünsiyyət nə qədər düzgün qurularsa, onların idarə olunması, tərbiyə işinin təşkili bir o qədər səmərəli olar. Elmi yazılarda müəllimləri bir neçə qrupa ayırırlar:
Şagirdlərlə daim ünsiyyətdə olan müəllimlər;
 onlara hörmətlə yanaşan , dərin inam və etimad bəsləyən, geniş düşüncəli şəxsiyyət kimi yanaşan  müəllimlər;
ünsiyyətə can atan,lakin alındırmağı bacarmayan;
 məhdud işguzar ünsiyyətlə fəaliyyətini bitmiş hesab edən müəllimlər.
    Pedaqoji ünsiyyət zamanı müəllim şəxsiyyətinin ən dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyəti onun pedaqoji bacarıq və qabiliyyətidir. Ünsiyyət zamanı  müəllimin  pedaqoji bacarıq və qabiliyyəti onun şəxsiyyətinin ən dəyərli və iş fəaliyyəti üçün zəruri olan keyfiyyət hesab olunur. Müəllim pedaqoji səviyyəsini onun şagirdlərlə, valideynlərlə iş, müəllim yoldaşları ilə düzgün münasibət saxlaya bilməklə təzahür etdirir. Bu xüsusiyyətlərin əsasında  həddi aşmamaq, pedaqoji qaydalara əməl etmək durur. Və bununla da müəllim öz şəxsi keyfiyyətlərinin-şəxsiyyətinin yüksəlməsinə nail olur və eyni zamanda cəmiyyətinin inkişafına xidmət edir.


Комментариев нет:

Отправить комментарий