четверг, 31 октября 2013 г.

                   Nitq temp pozğunluğu

     Ədəbi dilin təzahür vasitəsi-ədəbi tələffüz, fonetik hadisələrin tələffüz normalarını müəyyənləşdirərək nitq surətini təşkil edir.
     Dil ahəngi, vurğu, avazlama, durğu (fasilə) tələffüz normalarındandır. Normal danışıqda insan bir saniyədə 10 səsdən 14 səsə qədər tələffüz edir. Nitqin surətli formasında (hazır material diqtəsində) 16-20 səsli fonetik ifadə yaradır.
Nitq surətinin həddən artıq ləngiməsi və eyni zamanda surətləndirilməsi nitqin temp pozğunluğudur. Məktəbəqədər yaşlı  uşaqların əksəriyyəti öz nitqinin tənzimlənməsində və eyni zamanda qapanma prosesi nisbətində  surətli danışıq baş verir. Əgər uşaqlarda ailədə tələskənli, tez danışıq müşahidə olunursa, yüksək temp ilkin olaraq nitq əlamətinə çevrilir. Keçid dövründə (5-7 yaş) ola bilər ki, əlamət güclənsin. Nevropat uşaqlarda isə yüksək templi danışıq kəkələmə əmələ gətirir. Nitq inkişafı prosesində surətli danışıq tələffüz normalarının formalaşdırılmasına mane olur və uşaqda səs tələffüzü və ümumi ifadə tərzinin düzgün olmayan cəhətlərini möhkəmləndirərək üzə çıxarır
.
     Uşaqlarda danışıq surəti bioloji  sosial  faktor əsaslı nitq inkişafı ilə formalaşır.Yəni irsi,xüsusiyyətlərindən və əhatə dairəsindən asılı olaraq nitq inkişaf tempi yaranır. İnsanın daha müxtəlif emosional vəziyyətlərində danışıq surətinin dəyişkənliyi müşahidə olunur. Bu halda dəyişkənlik müvəqqəti xarakter daşıyır qısa bir anda tarazlaşdırılır.
     Nitq temp pozğunluğu xarakterinə görə 2 hissəyə ayrılır:
1) Uyğunluq xarakterli (daxili nitqin patofizioloji əlamətləri ilə);
2) Nitq əmələgəlmədə tutulma xarakterli.
 Bu iki halın qarşılıqlı keçid əlaqələri vardır. Münasib vəziyyətlərin müntəzəmliyi xarakterik əlamətləri tənzimləyir.
    Asta danışıq surəti. Bradilaliya (yunanca «bradys»-asta, labiya-danışıq) patoloji cəhətdən asta olsada, düzgün kordinasiya olunmuş, uyğunlaşdırılmış nitq deməkdir.         Bradilaliya uşaq və böyüklərdə rast gəlinir. Belə ki, daxili və ilkin nitq ayrılığının irsiyyət[1] forması əsaslı olaraq aşkarlanır. Hər şeydən əvvəl bradilaliya somatik, nevroloji və ya psixoloji xəstəlikərin hər bir sindromunda aşkarlanır. Bradilaliyanın aradan qaldırılmasında müalicənin kompleks şəkildə (loqopediyanın xüsusi üsullarından, şəxsiyyətin yenidən tərbiyəsi, medikomentoz müalicə, müalicəvi idman, avazlama, mahnı, fizioterapiya və s.) aparılması vacibdir.
      Yüksək danışıq surəti-Taxilaliya (yunanca tachis-yüksək, tez, laliya-danışıq) danışıq surətinin patoloji tezliyi deməkdir. Hədsiz həyəcanlanma anında nitq surəti qəfil tezləşir. Həmin anda nitqə diqqət, nitq tutulması, təkrarlanma, sözlərin işlədilməməsi , əlavələnməsi, aqrammatika və s. pozğunluqlar meydana çıxır. Psixomotor həyəcanlanma fonunun aşağı olduğu zaman şəxsin patoloji xüsusiyyətlərinin yenidən bərpası istiqamətlərində müalicəvi idman, medikomentoz və fizioterapevtik təsirli işlər aparılır. Uşağın öz nitqinə diqqət, danışıq surətinin tarazlaşması, söz təfəkkürünün tərbiyəsi loqopedik işin əsas istiqamətlərindəndir.
       Cümlədə sintaksis, fikrin ardıcıllıq kəsəri, nitqdəki fonematik çatışmamazlıqlara çox rast gəlinən hallardır. Bir çox mütəxəssislər yüksək danışıq surətinin bir çox başqa hallarını da tədqiq etmişlər .
      Battarizm[2]-daha çox nevropat uşaqlarda rast gəlinən həyəcanlanmanın ən yüksək anında baş verir, anormal xüsusiyyətlərdən asılı olan şərtləndirilmiş  nitq tələskənliyidir. Bu eyni zamanda sözlərin qeyri-dəqiq, sona yetirilməmiş formada tələffüzü deməkdir. Battarizm və poltern sinir sistemlərinin bərpası və möhkəmləndirilməsi, xüsusi loqopedik məşğələlərdə nitqin parçalarının mənalı səslənmə əlamətləri, avazlanma , durğu (fasilə) axarlılıq istiqamətində təlim aparılmalıdır. Ümumiyyətlə kompleks müalicəvi-pedaqoji əsaslarla yerinə yetirilir.
     Bir çox tədqiqatçılar müxtəlif cəhdlərlə nitq tələskənliyinin patoloji mexanizmlərini aşkarlamağa çalışmışlar. “Nitq tələskənliyi zamanı yaranan pozğunluğun səbəbi  nədir?”- sualını mütəxəssizlər sadə formada belə izah edirlər ki, təfəkkür prosesi ilə söz təfəkkürü arasındakı tarazlığın pozğunluq nəticəsidir və bunun nəticəsində diqqətin geriliyi mərkəzi sinir sistemində anormal nəticə göstərir, eyni zamanda nitq hərəkətverici sistemin funksional fəaliyyətinin pozğunluğu baş verir.
Qeyri-müntəzəm danışıq tempi.
     Danışarkən tutulma, dil dolaşıqlığı, cümlə və sözlərdə əsassız durğu  qeyri-müntəzəm danışıq surətini xarakterizə edir. Aşkarlanma formasına görə bir neçə yerə ayrılır:
      a) Ayrı-ayrı fonemlər və ya birləşmələr (əvəzliklər) təkrarlandıqda;  Məs. Mən... Biz... Mən atamla qonaq getmişdik
      b) Qeyri-müntəzəm danışıqda əsassız sükut;  Atam mənə... Atam mənə... Atam mənə şar rəngində top aldı. (qırmızı, sözünü unutmuşdur)
      c) Bir və ya bir neçə hərfin (fonem) çətinliklə sürətli tələffüzü. aıx aıx aıxşamlar işıqlar qəşəng görsənir. Qeyri müntəzəm danışıq tempi tutulmalar, dil dolaşıqlığı  coşqusuz və ya coşqulu (qıc olma) xarakterlərdən asılı ola bilər. Coşqusuz (nitq hərəkətverici orqanlarda qıc olmayan) xarakterli tutulmalar poltern və fizioloji söz təkrarlanması, coşqulu xarakter isə loqonevroz, kəkələmə ilə əlaqəlidir.
     Fizioloji iteriya (iterare-latın sözündən-təkrarlanmaq). Bir çox mütəxəssislər hesab edirlər ki, iteriya uşaqlarda cümləli danışığın fəal formalaşdığı dövrdə (2-5 yaş) 80%-ində özünü göstərir. M.Zeeman qeyd edir ki, təkrarlanma ümumiyyətlə uşaqların danışığında müşahidə edilir. Bu göstəricilərlə olan  hallar  xəstəlik deyil, lakin uşaq danışığının inkişaf dövrü üçün fizioloji tutulma halıdır.
    Uşaqların nitqində fizioloji tutulma, təkrarlanma, onun təfəkkürünün inkişafı nitq imkanlarının inkişafını qabaqlaması ilə bağlıdır. Məlumdur ki, kiçik yaşlı uşaqların nitq imkanlarını onun öz nitqinə qarşı periodik uyğunlaşma və danışıq apparatı (heç də böyük olmayan fəal söz ehtiyatı, tam olmayan fikirlərin təsir forması, yetərincə dəqiq olmayan artikulyasiya hərəkəti və s.) təşkil edir. Uşaq bir çox şeyləri dərk edir və daha çox biliklər əldə etməyə can atır.Eyni zamanda onun bütün hərəkət fəaliyyəti və ətrafdakılarla münasibətində adətən, yüksək emosional əhval-ruhiyyə olur. Uşaq nitqi 2-5 yaş arası adətən müxtəlif cür təkrarlanma, dayanıqlıq, fikrin təşkilində səs tələffüzü və cümlələrin qeyri-dəqiqliyi, xaotiklik, söz itirilməsi və bir sıra çatışmamazlıqlarla əhatə olunur.
      Uşaq nitqindəki fizioloji çatışmamazlıqlar, eyni zamanda tutulmalar onlarda müxtəlif xoşagəlməz faktorların təsirindən əmələ gələ bilər. Bunlar xəstəlik, zədə, düzgün olmayan pedaqoji yanaşmalar ətrafdakıların tərbiyələndirici təsirindən, yaş dövrünə uyğun olmayan söhbətlərdən,uşaqlar ücün nəzərdə tutulmamış televiziya verilişlərinin  təsirindən ola bilər.
     Bir sıra tədqiqatçılar (M.Zeeman və s.) fizioloji  iteriyanı sözün və ya fonemin  sərbəst hallanması kimi görür. Başqa tədqiqatçılar (A.Qudsman, G.Freşels və s.) hesab edirlər ki, iteriya kəkələmənin ilkin etapıdır. V.İ.Seliverstov isə qeyd edir ki, təkrarlanma etapından sonra uşağın öz nitqinə qarşı (qüsuruna qarşı) diqqətin cəmlənməsi kəkələməyə gətirib çıxarır.Sərbəst tarazlığın pozulması nəticəsində affekt hallarının baş verməsi, coşqusuz xarakterli tutulmalar, coşqulu xarakterli tutulmalar əvəzlənilməsiilə nəticələnir.    Bu isə bütün hallarda baş vermir. Uşağın anormal tərbiyəsi psixi pozğunluğa gətirir və ali sinir fəaliyyətinin qüsuruna səbəb olur, onun nəticəsi olaraq kəkələmə yaranır. Çox vaxt uşağın ali sinir fəaliyyətinin pozulması fizioloji  sarsıntı və ya psixoloji halların eyni vaxtda güclənməsi nəticəsində əmələ gəlir, yəni qorxu yaranır. Həqiqətən də kəkələməni yaradan qorxu və buna oxşar bir çox səbəblərdən kəkələmənin əmələ gəlməsi anında çıxış yolunu axtarmaq lazımdır ki, uşaq hansı səbəbdən qorxa bilər.
      Məlumdur ki, insanın nitq xarakteri onun psixoloji durumunu, xüsusilə ali sinir fəaliyyətinin uyğunluq dərəcəsilə əlaqəlidir. Normal həyat təcrübəsindən görürük ki, danışıq tempi ilə hərəkət surəti arasında yəqinlik əlaqəsi vardır. V.İ.Seliverstov obrazlı ifadə ilə belə qeyd edir ki, «Göz-insan qəlbinin aynasıdır». Onda bunun ardınca söyləmək olar ki, «insanın nitq xarakteri-onun psixoloji durumunun aynasıdır. Bu xüsusilə uşaqlarla münasibətdə, bütünlüklə onların öz emosiyalarını maskalamağa hələ öyrənmədiyi dövrə şamil edilir.»
    Uşaq davranışının nizama salınması şəxsin istiqamətlənmiş həyat ritmini müəyyən edir. normal  şəraitin təşkili , psixikanın normal inkişafı, sakit-sərbəst danışıq üçün imkan yaratmaq; uşağın hərəkət və fəaliyyətinin çoxcəhətli formalarının qəfil birinin başqası ilə əvəz edilməsi, orqanizmin qənaətbəxş normallaşmış ali sinir fəaliyyəti vacib amillərdəndir. Uşaq üçün müəyyən və ciddi rejim yaradılaraq davranışın normallaşması, ətrafdakıların uşağa qarşı münasibəti səmimiləşdirir, incələşdirir. Şəhanə ailə, sakit aura,müəyyən kicik qüsurlu şəxsləri normal ailə şəraitinə uyğunlaşdırır. Yuxarıda qeyd olunan obrazlı ifadələrin davamı olaraq qeyd etmək istəyirəm ki, «Valideyn (əsasən ana) uşağın nitq (danışıq, davranış)  aynasıdır[3]».
     Ümumiyyətlə loqopedik iş prosesinin çoxcəhətliliyi xüsusi tələbkarlığı ətrafdakılarla təşkilatçılıq işi tələb edir. Hər bir valideyn, loqoped və tərbiyəçinin arzusu, məqsədi uşağın nitqində səlist, davamlı, fonetik və qrammatik düzülüş, düzgün informasiya yaratmaqdır. Əsasən də uşağın nitqində avazlılıq, temp və s. pozğunluqlar olan zaman xüsusi əhəmiyyətlidir. Nitq inkişafı üzrə təlim-tərbiyə işi əsasən 3 istiqamətdə aparılır[4].
1. Uşaqların düşüncə tərzlərini genişləndirmək və söz ehtiyatını artırmaq;
2. Nitq tutulmaları, fasilələr yarandıqda uşağın öz arzu və fikirlərindəki ardıcıllığı yaratmaq;
3. Sürətli danışıq zamanı tutulma , danışıqda yaranan fonetik qüsurlara diqqət yetirmək uşaq ücün nəzərə çarpdırmaq olmaz.
     Bir çox mütəxəssislər uşağın bütün səslərin düzgün tələfüz qaydalarını  5 yaşının sonuna qədər öyrənməyi  vacib bilirlər. Lakin hər şeydən əvvəl  qeyd etmək olar ki, son dövrün sürətli inkişafı uşaq beyninin psixoloji inkişafından yan keçmir, sürətli inkişaf prosesində uşaqlar daha çox söz ehtiyatı qazanır.Bu zaman daha çox fəaliyyət prosesləri güclənir.Fəaliyyət prosesləri uşaqları daha çox düşündürməyə, daha erkən yaşda düzgün ünsiyyət qurmağa sövq edir. Bunun üçün də normal tələffüzün yaş dövrü 4 yaş nəzərə alınması daha uyğundur. Məktəbəqədər yuxarı yaşlı uşaq öz nitqində olan çatışmamazlıqları başa düşməsi mütləqdir. Bu çatışmamazlıqları aradan qaldırmağa can atmalı, yaxşı danışmağı bacardığını mütləq qaydada hiss etməyi vacibdir.

     Kiçik yaşda isə uşaqda əsas məqsəd differensiya[5]  və danışığın tənzimlənməsini,yəni qurulmuş ifadə təşkilin necə danışmaq qaydası durur. Əsas diqqət, uşaqlarla nitq məşğələlərinin aparılmasıdır. Bu hər gün şeir oxumaq, nağıl etmək, gündəlik hadisələrdən bəhs edən  sakit, səmimi söhbətlər ola bilər. Söhbət əsnasında böyüklər (loqoped, müəllim, tərbiyəçi) obrazlı düzgün  nitq qaydalarını yaddan çıxarmamalıdır və bilməlidir ki, bu ifadələri o nümunə götürür və eyni qaydada tələffüz etməyə çalışır (Bu əsasən ləhcə ilə danışılanda olur).
     Uşaqların nitq imkanlarını genişləndirmək, danışıq surəti və avazının normallaşdırılması konkret olaraq əhatəsində olan şəxslərin, tərbiyəçi və loqopedin nitq imkanlarından və bu imkanların çatdırılma  qaydasından asılıdır. Göstərilənlər uşağın gələcək həyatında düzgün nitq qabiliyyətlərinə yiyələnməsi və müstəqil formalaşmasında əsas təkanverici amillərdəndir.




[1] Ирсиййят-кечид, тязащцр.

[2] Баттаризм-Кирен чары Батта, Щередотун йаздыьына эюря, тез данышан, баша дцшцлмяз, данышанда сюзляри сона йетирмядян данышырмыш. Беля нятижяйя эялмяк олар ки, йунан сюзцдцр.

[3] Азярбайжан Елми ъурналы-Ы-Бурахылыш 2007. тезис сящ.38-41

[4] В.И.Селиверстров Заикониe детeц-сящ,23-24.

[5] Дифференсийа- ayırma, fərqləndirmə

Комментариев нет:

Отправить комментарий