Nitq
temp pozğunluğu
Ədəbi dilin təzahür vasitəsi-ədəbi
tələffüz, fonetik hadisələrin tələffüz normalarını müəyyənləşdirərək nitq surətini
təşkil edir.
Dil ahəngi, vurğu, avazlama,
durğu (fasilə) tələffüz normalarındandır. Normal danışıqda insan bir saniyədə
10 səsdən 14 səsə qədər tələffüz edir. Nitqin surətli formasında (hazır material
diqtəsində) 16-20 səsli fonetik ifadə yaradır.
Nitq surətinin həddən artıq ləngiməsi
və eyni zamanda surətləndirilməsi nitqin temp pozğunluğudur. Məktəbəqədər
yaşlı uşaqların əksəriyyəti öz nitqinin tənzimlənməsində
və eyni zamanda qapanma prosesi nisbətində
surətli danışıq baş verir. Əgər uşaqlarda ailədə tələskənli, tez danışıq
müşahidə olunursa, yüksək temp ilkin olaraq nitq əlamətinə çevrilir. Keçid dövründə
(5-7 yaş) ola bilər ki, əlamət güclənsin. Nevropat uşaqlarda isə yüksək templi danışıq
kəkələmə əmələ gətirir. Nitq inkişafı prosesində surətli danışıq tələffüz normalarının
formalaşdırılmasına mane olur və uşaqda səs tələffüzü və ümumi ifadə tərzinin düzgün
olmayan cəhətlərini möhkəmləndirərək üzə çıxarır