вторник, 15 октября 2013 г.

                      



                                                                                                         


                               Autizm

Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən UşaqlıqAutizmi" olaraq adlandırılmışdır.

logoped  Terlan 


              Autizmin spektr pozuntuları

Autizm
Asperger sindromu
Rett sindromu
Uşaqlıq dezinteqrativ pozuntusu
Atipik autizm



SƏBƏBLƏRİ

Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.
Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir.
Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin  ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.



Autizmin Tipik Xüsusiyyətləri
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır. 
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir. 
Mənasız sözləri
 ardıcıl təkrarlayır.
•Predmetləri davamlı olaraq çevirməkdən xoşugəlir. 
•Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
•Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərəhəddindən artıq reaksiya verir
•Davamlı olaraq eyni oyunları oynayır
•Ağrıya qarşı laqeyddir
•Səslərə qarşı həddindən artıq həssaslıq  ya  həddindən artıq laqeyddir
•Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
•Tək qalmağı seçir
•Təmasdan  qucağa alınmaqdan xoşu gəlmir
Predmetlərə  bağlanır
•Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.


QEYD: Aparılan tədqiqatlar autizmli uşaqların75%-indən böyük bir hissəsinin zəka geriliyiolduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.


Комментариев нет:

Отправить комментарий