Loqopediyada elmi nəzəriyyələrin cəmlənmə formaları
Zamanın müasir keçid dövrü
elmin inkişafı ilə yanaşı onun müddəlarını
xarakterizə edir. Bu isə hər şeydən əvvəl elmi biliklərin ayrı-ayrılıqda
geniş inkişafı, geniş və müxtəıif elmi tədqiqatlar nəticəsində elmi əsaslarla analizinin alınması,
kompleks metodlarla şəxsin öyrənilməsi və digər məsələlər müxtəlif nəzəri fikirlərlə
əhatələnir. Əlbəttə, geniş formada elmi problemlərin həll edilməsinə yaxınlaşma,
göstərilən fikir və müddəaları dəyişir. Hər
bir zamanda müxtəlif aspektlərlə tədqiqatların
sintezi elmin inkişafını dövrü xarakterizə edir
.
Öyrənilməsi tələb olunan
mürəkkəb fikirlərin müasir psixologiya elmində insan fiziologiyasında qanunauyğunluqların
yaradılması, psixoloji vəziyyət və proseslərlə beyin arasında təyin olunan əlaqəni
cəmləyir. Bir çox dövrlərdə elmi tədqiqatçılar bu mürəkkəb sualın elmi nəzəriyyələrin
həllinin tapmasına can atmışlar və hal-hazırda da bu elmi nəzəriyyələr üzərində
tədqiqatlar aparılır. Bir çox psixoloq və fizioloqların son əsrdə apardığı tədqiqatlar
və xüsusilə A.N.Leontyev, A.R.Luriya, B.M.Teplova, P.K.Anoxin, M.Zeman, V.İ.Selivestrov
və s. elmin gələcək inkişafına istiqamətləndirici nüfuz vermişdir.Əlbəttə ki,P.P.Pavlovun
dinamik lokallaşdırma , ali qabıqaltı funksiya,
II siqnal sisteminin (nitq-danışıq) rolu və s.kimi danılmaz ideyaları əsasında
verilmişdir. Ümumdünya psixologiyasında bioloji və fizioloji xarakterlərin öyrənilməsinidə
qarşıya qoyulan məsələlər sosial-ictimai
psixologiyanın inkişafının öyrənilməsi ilə bağlıdır.
Bütün bunlar defektologiyaya,
əsasən ayrılıqda loqopediyaya elmi intizamlarla vacib nitq funksiyasının pozğunluğunun
öyrənilməsinə birbaşa münasibətini göstərir. Loqopediya təkcə nitqin görünüş və
formalarını müxtəlif hallarının öyrənməklə yanaşı nitq pozğunluğunun effektli üsullarla
bərpası ilə sıx vəhdət təşkil edir. Pedaqoji əsaslarla mahiyyətini təşkil edən bir
neçə aparıcı metod və üsullarla nitq pozğunluğunun bərpası pedaqoji silsilə elmlə
də münasibətdədir. Loqoped öz işini təkcə didaktik və metodiki əsaslı prinsiplərlə
deyil, eyni zamanda həkim məsləhəti əsasında tibbi məsləhətlərlə (dərman, fizioterapiya,
müalicəvi idman, psixoterapiya) birgə yerinə yetirir. Bütün bunlar nitqin normallaşdırılmasında
loqopedik işin aparılması üçün əlverişli zəmin yaradır, uşağın sinir sistemini istiqamətləndirir
və möhkəmləndirir. Loqoped xüsusi pedaqogikanın köməyi ilə potogenez və ya anatomo-fizioloji
xüsusiyyətləri, xüsusilə qüsurlu inkişafı,nitq pozğunluqları kimi hissələrə bölməsi
məsələləri digər elmi nəzəriyyələrin ayrı-ayrılıqda əhəmiyyətini göstərir. Eyni
zamanda loqoped mürəkkəb dilağırlaşmanı üzvi
surətdə anlamaqla yanaşı bu patoloji kompleklərin fərqləndirməyi bacarmalıdır.Bununla
belə Funksional və mexaniki səs pozğunluqlarının
fizioloji mexanizmlərini özlüyündə şifahi təsəvvür yaratmalı və norma ilə sintezləşdirməlidir.
Bütün bu göstərilənlər ayrı-ayrılıqda ali sinir fəaliyyəti ilə əlaqəlidir.
Loqoped üçün dizartiya halının məlum nəticələri, sinir sistemini
təyini hissələrinin formaları,Alaliya, Afaziya hallarının patoqenezinin loqonevrozlarla
bərabər tədqiqi biliklərini düzgün fərqləndirməyi daha vacibdir.
Dərketmənin mahiyyəti müalicəvi-pedaqoji
əsaslarla aparmalıdır. Nevroz və loqonevroz müalicəsində psixoterapiyanın xüsusi
əhəmiyyəti vardır. Loqoped tərəfindən psixoterapevtik formada fərdi söhbətlərin
aparılması, qüsurların xarakterinin aydınlaşdırılması, şəxsin özünütərbiyəsi istiqamətində
aktiv mübarizənin metodlarının aradan qaldırlmasında müəyyən məqsədə doğru yönəldilmə
və özünə inamı yaratmaq işin aparılması xüsusi hazırlıq tələb edir. Kəkələmə təkcə
təsirli nitq qüsuru kimi deyil, eyni zamanda nitq ilə sıx bağlı olan şəxsiyyətin
psixoloji xüsusiyyətlərilə, onun özünəinamı ilə sıx bağlıdır. Psixoterapevtik yollarla
sərbəst münasibətin qurulması şəxsiyyətin tərbiyə olunmasını asanlaşdırır, xüsusilə
kəkələmənin müvəffəqiyyətlə müalicəsinə təkan verir.
Vegetativ sinir sistemi mərkəzi
sinir sisteminin mühüm hissələrindən olaraq, endokrin vəziləri, damarları, daxili orqanların bütünlüklə
vacib funksiyalarını yerinə yetirir. Kəkələyən şəxslər üçün vegetativ sinir
sistemi dairəsində qəfil təlaşlanma xarakterikdir. Vegetopatoloji dəyişkənlik göstəriciləri
nitq qüsurları yaradır. Vegetativ sinir sistemi müalicəsi
uşağın neyropsixoloji durumunun, həyəcandan nitq pozğunluğunun, xüsusilə loqonevrozların
normal nitq fəaliyyətləri üçün çox vacib tədbirlərdən hesab olunur.
Beynin qabıqaltı
hissələrində yuvacıqları şəxsin sinir fəaliyyətinin dəyişkənliyinin davamlı təlaşlanmasını yaradır. Nitq qüsurunun
mürəkkəb formasının müasir üsullarla uzunmüddətli təcrübə əsasında aparılan işləri göstərir ki,
loqoped tərəfindən hansısa mürəkkəb nitq pozğunluğunda diaqnoz təyini, xüsusi pedaqoji
təcrübəyə əsaslanaraq dəyərli məlumatlarla birlikdə əldə olunur. Loqoped uşaqları
yaxşı bilmək üçün müntəzəm iş aparmaqla, loqoped onların psixopatoloji və nitq xüsusiyyətlərini
qeydə alır. Hansı ki, bu qeydlər diaqnoz təyini üçün müəyyən əsası var. Elmi əsasların
elmi analizlər əsasında açıqlanmasının əsas prinsipi determinizmdir[1].
Beləliklə, loqopediya
elmi,
biliklərin geniş zənginləşməsində, digər əlaqəli elmi nəzəriyyə və
prinsiplərə əsaslanaraq inkişafına nail olur. Bu isə heç bir halda elmin köklərini
yox etmir, onun imkanlarını məhddulaşdırmır əksinə, nitq pozğunluqları və onun təyini
metodlarının elmi tədqiqatlarını genişləndirir və dərinliklərinə nifuz etməyə nail
olur.
[1] Детерминизм-щадисялярин ганунауйьунлуьу вя
сябябиййят ялагясиндян асылы олдуьу hаггыда
нязяриййя
Комментариев нет:
Отправить комментарий