пятница, 28 февраля 2014 г.

Kəkələmənin səbəbləri

                     


    Hələ XIX əsrin ortalarında Laquzen (1838) kəkələməni hirslənib özündən çıxmanın, həyanın, qorxunun, nifrətin, başın güclü zədələnməsinin, ağır xəstəliklərin, ananın və atanın qeyri-düzgün nitqinin nəticəsi kimi qeyd edirdi. İ.A.Sikorski isə kəkələməni irsi xarakterlə əlaqələndirirdi. O, bioloji səbəbləri (qorxu, zədə, infeksion xəstəliklər, təqlid) kəkələməyə təkanverici amil kimi qeyd edirdi.
    Xarici mütəxəssizlər isə uşağın qeyri-düzgün tərbiyəsini, infeksion xəstəliklər, qorxunu, solaxaylığı, dil hərəkətinin ağırlaşması, solaxaylığı kəkələmənin səbəbləri kimi yazmışlar. Göstərilən hər hansı bir mənfi münasibət (əhatəsindəki insanlar tərəfindən) çox hallarda uşaqlarda yüksək həyəcanlılıq forması yaradır. Danışıqla əlaqəli olaraq  tutulma müxtəlif formada özünü göstərir, sinir fəaliyyətində pozğunluq yaranır. Bu yaranış hər şeydən əvvəl ali sinir fəaliyyətinin müəyyən əhatəsini-uşağın nitqini, nitq hərəkət sisteminin fəaliyyətində funksional pozğunluğunu əmələ gətirir.
      Nitq ümumi fiziki və emosional fonla sıx bağlıdır. Məs. kəkələmə adətən uşaq cəzalandıqdan sonra üzüntüdən, sarsıntıdan güclənir. Havadan, fəsildən, həyat şəraitindən, qidalanmasından asılı olan hallar da müşahidə olunur.
Beləliklə
, kəkələməni törədən səbəbləri ekzogen (xarici) və endogen (daxili) təsirlərin yekun nəticəsi kimi görürdülər. Müasir zamanda kəkələmənin səbəblərini iki yerə bölmək olar:
1) Meyl etdirici (əsas).
2) Yaradıcı (təkan) səbəblər.
Meyletdirici səbəblər aşağıdakılardan ibarətdir:
1) Valideynlərin mərkəzi s/s-nin funksiyalarının zəifləməsindən sinir, infeksion, somatik xəstəliklərlə nevropatik yüklənməsi
2) Kəkələyən şəxsin nevropatik xüsusiyyətləri (gecə qorxusu, enurez, emosional gərginlik, həddən artıq həyəcanlanma)
3) Baş beyin zədələnməsi uşağın ilkin dövrlərdə bir çox xoşagəlməz faktorların təsirindən (bətndaxili və doğuş zədəsi, asfeksiya), ilkin inkişaf dövründə uşaq xəstəliklərinin infeksion, travmetik, sinir trofikası (orqanizmin qidalanma və fəaliyyətini təmin edən sinirlər) pozğunluqları nəticəsində yaranır.
  Kəkələməyə təsir edən xoşagəlməz xüsusiyyətlər:
1) uşağın fiziki zəifliyi, 2) beyin fəaliyyətinin yaş xüsusiyyətləri, 3) nitq inkişfının tezləşməsi, 4) gizli psixi pozğunluqlar, 5) qarşılıqlı emosional çatışmamazlığ, 6) nitq motorikasının inkişafındakı çatışmamazlıq və s. ibarətdir.
      Uşaqlarda ümumi söz ehtiyatı və qrammatik tərkibli fikirlərin çatışmamazlığından kəkələmə hallarına təsadüfi hallarda rast gəlinir. Kəkələmə uşağın düzgün tərbiyə olunmaması, onlarla fiziki təsirlərlə tənbeh, güclü qorxu səbəbindən əmələ gəlir.

  
    Kəkələmənin əlamətləri.

      Nitqin vəziyyəti çox az hallarda ümumi fiziki və emosional fonla bağlı olur. Kəkələmə adətən xəstəlik, uşağa fiziki təsirli tənbeh vaxtı güclənir. İqlimdən, fəsil dəyişkənliyi, həyat tərzi, qidalanma kimi hallarda da müşahidə olunur. Kəkələmə danışıq zamanı tənəffüzün, səsin və ya artikulyasiya aparatının tutulma (ani qıcolma) halı əsaslı ilkin əlamət kimi aşkarlanır. Bildiyimiz kimi müxtəlif dövrlərdə M.E.Xvatçev, M.Zeeman, N.P.Pyapuqin, S.S.Lyapidevski və bir çoxları kəkələmənin yaş dövrlərinin keçid mərhələlərini öyrənmişlər.
       Müasir dövrdə də şərti olaraq 2 qrupa bölmək olar: fizioloji və psixoloji əlamətlər. Fizioloji əlamətlər ümumi və nitq hərəkət orqanlarının danışıq  zaman qapanması və mərkəzi sinir sisteminin pozğunluq dərəcəsindən aslı olaraq baş verir.
     Psixoloji əlamətlər isə ekspressiv nitq qüsuru, loqofobiya[1], hiylə  və başqa psixoloji xüsusiyyətlərlə şəxs əhatə olunarkən baş verir. Kəkələmə vaxtı tənəffüz qüsurunun 3 forması müşahidə olunur: ekspirator (nəfəs verərkən tutulma), inspirator (nəfəs alarkən tutulma), respirator (qarışıq tutulma) çox vaxt söz qəfil deyilərkən baş verir. Səs tellərinin tutulması nəticəsində  qapanma  vokal əlamətləri xarakterizə edir. Artikulyasiya aparatında isə tutulmaları dodaq, dil və yumşaq damaq tutması kimi hissələrə ayrılır.
      Müasir dövrdə kəkələyən şəxslərin təkcə fərdi psixoloji xüsusiyyətlərini dərindən öyrənməyə deyil, eyni zamanda bütün bu yanaşmaları cəmləşdirərək onlarla loqopedik işi xüsusi tərzdə psixoterapeotik istiqamətləndirməyə cəhd göstərilir.
      Psixoloji xüsusiyyətləri müxtəlif dərəcəli olduğundan kəkələmə halları başqa-başqa tərzdə təzahür olunur. Danışığın mücərrədləşməsi zamanı  cilalama cəhdi daha geniş  formada üzə cıxır. Bunlar ümumi hərəkətlərdə (əl hərəkətləri, ayaq döymə, müvazinətin dəyişməsi, baş hərəkəti və s.) nitqi tutma ilə bağlı hallarda dərin formada vərdiş halına düşür.
    Kəkələmə 3 hissəyə ayrılır: səthi, orta, ağır. Səthi formada həyəcanlanma hallarında və qəfil sürətli danışıq zamanı baş verir. Orta formada sakit tərzdə və uyğun şəraitdə sərbəst danışır, tutma çox az hallarda olur. Ağır formada isə bütün danışıq vaxtı, müntəzəm və özünəməxsus hərəkətləri ilə loqonevrotik xüsusiyyətlərlə müşahidə olunur.
     Loqonevrozlar prinsip etibarilə müxtəlif qruplara ayrılır. Müxtəlif mənbələrdən mərkəzi sinir sisteminin əsaslı pozğunluğunun əmələ gəlməsi: nevrotik pozğunluqlar, psixopatiyalar (ruhi fəaliyyət pozulması) və s. kimi qeyd etmək olar.Son dövrlərin tədqiqatları göstərir ki,mərkəzi sinir sistemi tipli pozğunluqlar arasında əsas yerdə stress halları  durur.






[1] логофобийа-Кякяляйян шяхслярдя характерик яламятдир. Данышмаздан яввял кечирдийи щяйяжан, сюзлярин вя щярфлярин тяляффцзцнцн едя биляжяйи halda, изтирабдан  həyəcanlanma эцжлянməsidir.

Комментариев нет:

Отправить комментарий