вторник, 18 февраля 2014 г.

Loqopediyada  elmi nəzəriyyələrin cəmlənmə formaları

     Zamanın müasir keçid dövrü elmin inkişafı ilə yanaşı onun müddəlarını  xarakterizə edir. Bu isə hər şeydən əvvəl elmi biliklərin ayrı-ayrılıqda geniş inkişafı, geniş və müxtəıif elmi tədqiqatlar  nəticəsində elmi əsaslarla analizinin alınması, kompleks metodlarla şəxsin öyrənilməsi və digər məsələlər müxtəlif nəzəri fikirlərlə əhatələnir. Əlbəttə, geniş formada elmi problemlərin həll edilməsinə yaxınlaşma, göstərilən fikir və müddəaları dəyişir. Hər bir zamanda  müxtəlif aspektlərlə tədqiqatların sintezi elmin inkişafını dövrü xarakterizə edir.

       Öyrənilməsi tələb olunan mürəkkəb fikirlərin müasir psixologiya elmində insan fiziologiyasında qanunauyğunluqların yaradılması, psixoloji vəziyyət və proseslərlə beyin arasında təyin olunan əlaqəni cəmləyir. Bir çox dövrlərdə elmi tədqiqatçılar bu mürəkkəb sualın elmi nəzəriyyələrin həllinin tapmasına can atmışlar və hal-hazırda da bu elmi nəzəriyyələr üzərində tədqiqatlar aparılır. Bir çox psixoloq və fizioloqların son əsrdə apardığı tədqiqatlar və xüsusilə A.N.Leontyev, A.R.Luriya, B.M.Teplova, P.K.Anoxin, M.Zeman, V.İ.Selivestrov və s. elmin gələcək inkişafına istiqamətləndirici nüfuz vermişdir.Əlbəttə ki,P.P.Pavlovun dinamik lokallaşdırma , ali  qabıqaltı funksiya, II siqnal sisteminin (nitq-danışıq) rolu və s.kimi danılmaz ideyaları əsasında verilmişdir. Ümumdünya psixologiyasında bioloji və fizioloji xarakterlərin öyrənilməsinidə qarşıya qoyulan məsələlər sosial-ictimai  psixologiyanın inkişafının öyrənilməsi ilə bağlıdır.
     Bütün bunlar defektologiyaya, əsasən ayrılıqda loqopediyaya elmi intizamlarla vacib nitq funksiyasının pozğunluğunun öyrənilməsinə birbaşa münasibətini göstərir. Loqopediya təkcə nitqin görünüş və formalarını müxtəlif hallarının öyrənməklə yanaşı nitq pozğunluğunun effektli üsullarla bərpası ilə sıx vəhdət təşkil edir. Pedaqoji əsaslarla mahiyyətini təşkil edən bir neçə aparıcı metod və üsullarla nitq pozğunluğunun bərpası pedaqoji silsilə elmlə də münasibətdədir. Loqoped öz işini təkcə didaktik və metodiki əsaslı prinsiplərlə deyil, eyni zamanda həkim məsləhəti əsasında tibbi məsləhətlərlə (dərman, fizioterapiya, müalicəvi idman, psixoterapiya) birgə yerinə yetirir. Bütün bunlar nitqin normallaşdırılmasında loqopedik işin aparılması üçün əlverişli zəmin yaradır, uşağın sinir sistemini istiqamətləndirir və möhkəmləndirir. Loqoped xüsusi pedaqogikanın köməyi ilə potogenez və ya anatomo-fizioloji xüsusiyyətləri, xüsusilə qüsurlu inkişafı,nitq pozğunluqları kimi hissələrə bölməsi məsələləri digər elmi nəzəriyyələrin ayrı-ayrılıqda əhəmiyyətini göstərir. Eyni zamanda loqoped mürəkkəb dilağırlaşmanı  üzvi surətdə anlamaqla yanaşı bu patoloji kompleklərin fərqləndirməyi bacarmalıdır.Bununla belə  Funksional və mexaniki səs pozğunluqlarının fizioloji mexanizmlərini özlüyündə şifahi təsəvvür yaratmalı və norma ilə sintezləşdirməlidir. Bütün bu göstərilənlər ayrı-ayrılıqda ali sinir fəaliyyəti ilə əlaqəlidir.
      Loqoped üçün  dizartiya halının məlum nəticələri, sinir sistemini təyini hissələrinin formaları,Alaliya, Afaziya hallarının patoqenezinin loqonevrozlarla bərabər tədqiqi biliklərini düzgün fərqləndirməyi daha vacibdir.
      Dərketmənin mahiyyəti müalicəvi-pedaqoji əsaslarla aparmalıdır. Nevroz və loqonevroz müalicəsində psixoterapiyanın xüsusi əhəmiyyəti vardır. Loqoped tərəfindən psixoterapevtik formada fərdi söhbətlərin aparılması, qüsurların xarakterinin aydınlaşdırılması, şəxsin özünütərbiyəsi istiqamətində aktiv mübarizənin metodlarının aradan qaldırlmasında müəyyən məqsədə doğru yönəldilmə və özünə inamı yaratmaq işin aparılması xüsusi hazırlıq tələb edir. Kəkələmə təkcə təsirli nitq qüsuru kimi deyil, eyni zamanda nitq ilə sıx bağlı olan şəxsiyyətin psixoloji xüsusiyyətlərilə, onun özünəinamı ilə sıx bağlıdır. Psixoterapevtik yollarla sərbəst münasibətin qurulması şəxsiyyətin tərbiyə olunmasını asanlaşdırır, xüsusilə kəkələmənin müvəffəqiyyətlə müalicəsinə təkan verir.
      Vegetativ sinir sistemi mərkəzi sinir sisteminin mühüm hissələrindən olaraq, endokrin  vəziləri, damarları, daxili orqanların bütünlüklə vacib funksiyalarını yerinə yetirir. Kəkələyən şəxslər üçün vegetativ sinir sistemi dairəsində qəfil təlaşlanma xarakterikdir. Vegetopatoloji dəyişkənlik göstəriciləri nitq qüsurları  yaradır. Vegetativ sinir sistemi müalicəsi uşağın neyropsixoloji durumunun, həyəcandan nitq pozğunluğunun, xüsusilə loqonevrozların normal nitq fəaliyyətləri üçün çox vacib tədbirlərdən hesab olunur.
     Beynin qabıqaltı hissələrində yuvacıqları şəxsin sinir fəaliyyətinin dəyişkənliyinin davamlı təlaşlanmasını yaradır.    Nitq qüsurunun mürəkkəb formasının müasir üsullarla uzunmüddətli  təcrübə əsasında aparılan işləri göstərir ki, loqoped tərəfindən hansısa mürəkkəb nitq pozğunluğunda diaqnoz təyini, xüsusi pedaqoji təcrübəyə əsaslanaraq dəyərli məlumatlarla birlikdə əldə olunur. Loqoped uşaqları yaxşı bilmək üçün müntəzəm iş aparmaqla, loqoped onların psixopatoloji və nitq xüsusiyyətlərini qeydə alır. Hansı ki, bu qeydlər diaqnoz təyini üçün müəyyən əsası var. Elmi əsasların elmi analizlər əsasında açıqlanmasının əsas prinsipi determinizmdir[1].
     Beləliklə, loqopediya elmi, biliklərin geniş zənginləşməsində, digər əlaqəli elmi nəzəriyyə və prinsiplərə əsaslanaraq inkişafına nail olur. Bu isə heç bir halda elmin köklərini yox etmir, onun imkanlarını məhddulaşdırmır əksinə, nitq pozğunluqları və onun təyini metodlarının elmi tədqiqatlarını genişləndirir və dərinliklərinə nifuz etməyə nail olur.



[1] Детерминизм-щадисялярин ганунауйьунлуьу вя сябябиййят ялагясиндян асылы олдуьу hаггыда нязяриййя

Комментариев нет:

Отправить комментарий