понедельник, 22 февраля 2016 г.

                                                                    Dil üçün hərəkətlər   
1. Dilin belvari geniş çıxarılması ;
2.Dilin asta-asta çıxarılması ;
3. Dilin növbəli geniş yayılmış və itit sivri formada çıxarılması ;
4.Çıxarılmış dilin güclü sağa-sola çevrilməsi ;

5.Dilin arxa hissəsinin qalxması və enməsi, diş əti dil ucuna mane olur ;
6. Dil kürəyinin damağa sovrulma anında əvvəlcə çənə bağlı, sonra açıq vəziyyətdə ;
7. Dil böyük çıxaraq üst dodaqla birləşir, sürtünərək sonra ağıza qaytarılır, dil kürəyi üst dişə toxunaraq söykənir, damaq və yumşaq damağın yuxarı qurtaracağını dartaraq əyir ;
8. Dilin diş arasına sıxılması üst alveollararası boşluqlar dil kürəyini belləyərək əzir ;
9. Dil ucu ilə dodaqların halqavari ifşa edilməsi ;
10. Çıxarılmış dil dişlərlə yüngül sıxılır, genişlənmiş dil üst və alt dodağa toxunur ;
11. Dilin itiuclu formada növbə ilə buruna və çənəyə çatdırılması ;
12. Geniş açılmış ağızda dil ucunu yuxarı və aşağı alveollara toxundurmaq ;
13. Çıxarılmış dilin novcuq və qayıqcıq formada saxlanması ;
14. Çıxarılmış dilin fincanvari saxlanılması ;
15. Dilin yan künclərinin diş arasında hissə-hissə dişlənməsi ;
16. Dilin yan künclərinə yuxarı yan alveollar mane olur, diş ağartmada dilin ucunu qaldırıb endirməkdə aşağı və yuxarı diş ətləri mane olur ;
17. Eyni vəziyyətdə dilin ucu çoxlu sayda yuxarı alevollar tərəfindən döyəclənir ( t-t-t-t-t-t) ;
18. Hərəkətləri bir-birinin ardınca etmək; dilin asta-asta, fincanvari, yuxarı, aşağı, novvari, qayıqvari və s. (dili içəri salmamaqla)

    Renolaliyalı uşaqlarda artikulyasiya xüsusən potologiya ilə formalaşır.
    Danışıq orqanlarının işi xüsusən aşağıdakılardan ibarətdir:
1. Dilin ağızda tam yuxarı qaldırılaraq qarışıq formada qəfil hərəkətlə ikçəri ötürülməsi (səsli) ;
2. Dodaqların yarımçıq artikulyasiyası ;
3. Dil kökünün bütünlüklə hərəkəti nəticəsində qırtlaqda danışıq səslərinin tələffüz edilməsi ;
Adı çəkilən artikulyasiya hərəkətlərinin bərpası qüsurun təchih edilməsində vacib amildir. Buna görə də tapşırıqları yerinə yetirərkən adı çəkilən danışıq orqanlarının idmanına, dodaqların,yanaqların,dilin genişləndirilməsinə dəqiq fikir vermək lazımdır.
Bir neçə effektli hərəkətlərin adını yazaq:
1. Yanaqların hər ikisini eyni vaxtda hava üfürmək ;
2. Yanaqlara fasilə ilə 1-1 hava üfürmək
3. Yanaqların ağız boşluğunda dişlərin arasına çəkilməsi ;
4. Sorucu, əmici hərəkətlər-yumulmuş dodaqların xortumvari irəli itələnməsi ;
5. Diş ağartma-dodaqların gülü yanlara-yuxarı aşağı dartılması, dodaqların, dişlərin arasında axılaraq dişlərin qucaqlanması ;
6. "Xortum" formalı diş ağartma çənələrin sıxılması ilə ;
7. Ağızın açılıb-yumulması, dodaqların açılması, diş ağartması ;
8. Açıq çənədə dodaqların geniş uzadılması (qarğaayağı) ;
9. Dodaqların qısa uzadılması ;
10. Dodaqların dişlərin arasında içəri dartmaqla ağızın-çənənin böyük açılması ;
11. Yamsılamaqla dişlərin yığılması (güclü hava axını dodaqları basır) ;
12. Dodaqların titrəyişi ;
13. Dodaqların xortumvari sağa-sola hərəkəti ;
14. "--------","--------" fırlanma, çevirmə hərəkəti ;

15. Ordun güclü hava ilə doldurulması (hava dodaq vasitəsilə ağız boşluğunda saxlanılır).

Комментариев нет:

Отправить комментарий