Şüuraltı proqramlaşdırma metodu
Xəstəliklərimiz bizim düşüncə və fikirlərimizin fiziki şəkildə biruzə
verməsi nəticəsində yaranır.Ümumiyyətlə, bizim həyatımızda baş verənlər bizim
fikirlərimizin, düşüncələrimizin nəticəsidir. Biz öz dünyamızı öz düşüncə və
davranışlarımızla yaradırıq.Xəstəliklər isə həyatımızdakı harmoniyanin
pozulmasıdır.Buzaman biz hadisələrə, insanlara, əşyalara xoşagəlməz, neqativ
yanaşırıq və onlardan qurtulmaq istəyirik.Beləliklə də, bizdə xəstəliklərə
səbəb olan düşüncə,duyğular və davranışlar yaranır. Xəstəliklərdən xilas olmaq
üçün minimum 3 mərhələdən keçmək lazımdır:
1. Ən əsas və vacib olan bu mərhələdə insan öz üzərinə cavabdehlik
götürməlidi və hansı fikirləri,hansı yanaşmaları ilə daşıdığı xəstəliyi özündə
yaratdığını təyin edə bilməlidir.Bunun üçün öz daxilinizə baxın, daxilinizdəki
dağıdıcı düşüncə, duyğu və davranışlarınızı tapın.
2. Sizə əziyyət verən ziyanlı davranışlarınızı tapın.Daha sonra isə
həmin davranışların sizin üçün hansı pozitiv tərəfinin olduğunu müəyyən etməyə
çalışın.Çünki istənilən neqativ bir davranışın belə altında mütləq bir pozitiv
niyyət vardır. Məsələn,
-İnciklik duyğusunun altında yatan pozitiv niyyət özünə qarşı münasibəti
dəyişdirmək istəyidir.
-Günahkarlıq duyğusunun pozitiv niyyəti öz davranışlarını dəyişmək
istəyidir.
-Hirs və əsəbilik duyğusunun altında yatan pozitiv niyyət isə insanın
onu əhatə edən ətraf dünyanı öz gözləntilərinə uyğun dəyişmək istəyidir.
Ümumiyyətlə insanlar neqativ anlayışlı düşüncələrə vərdiş ediblər. Əksər
insanlar nəyi
istəmədiklərini çox yaxşı və dəqiq olaraq bilirlər, lakin eyni zamanda
nəyi istədiklərini də bilmirlər.
3. Siz pozitiv niyyətə fokuslandıqdan sonra isə onları həyata keçirmək
üçün yeni davranışlar və yeni yollar tapmaq lazımdır.Bunun haqqında fikirləşin.
İnsan müəyyən bir davranış forması seçir. O davranış ona ağrı və qorxu
gətirir və buna baxmayaraq yenə də onu istifadə etməyə davam edir, çünki o, bu
davranışı nə üçün etdiyini bilmir. Eyni zamanda bunun yerinə nə ede biləcəyini
də bilmir. Ancaq indi sizdə imkan yarandıkı siz şüuraltı davranış proqramınızı
dəyişə bilərsiz.Bunun üçün onu araşdırmağınız lazımdır. Müəyyənləşdirinki sizə
uşaqlıqdan hansı əsas qaydalar qoyulub? Siz nələrə inanırsız və sizdə bu
inanclar hardandı? Kiçik bir misal üzərində izah edək. Gəlin təsəvvür edək ki,
usaq vaxtı sizə öyrədiblər ki, bütün qapılar bir istiqamətdə açılır, ancaq
özünüzə tərəf.Siz qapının başqa tərəfə açıldığını bilmirsiz və bu haqda
təsəvvünüz də yoxdur. Sizə bunu valideynləriniz və müəllimləriniz öyrədiblər.
Siz də bunu belə qəbul edib öyrəşmisiz. Bir gün siz elə bir yerə düşürsüz ki,
burada qapılar başqa istiqamətdə açılır. Sizə öyrədildiyindən fərqli şəkildə.
Siz qapıya yaxılaşırsınız və özünüzə tərəf çəkirsiniz, amma açılmır.Ancaq sizin
üçün qapını açıb o biri tərəfə keçmək çox vacibdir.Amma qapını aça bilmirsiz,
çünki siz qapını açmaq üçün bir yol bilirsiz və həmin yol burda niyəsə işləmir.
Siz hətta başqa üsul haqqında da düşünmürsüz. Çünki uşaqlıqdan sizə
öyrədilibki, “BÜTÜN QAPILAR ANCAQ ÖZÜNÜZƏ TƏRƏF ÇƏKMƏKLƏ AÇILIR”. Sizin sadəcə
başqa bir seçiminiz yoxdur. Bu “öyrənilmiş çarəsizlik” adlanır. Siz başqa bir
yolu cəhd etməyənə qədər bu otaqdan çıxa bilməyəcəksiz. Beləliklə siz
həyatınızdan şikayətləməyə başlayacaqsız. Bütün günahları özünüzdə və “düzgün
olmayan qapıda” görəcəksiz.Lakin unutmayın ki, çarəsizliyi öyrənmişiksə, deməlı
çarəni də öyrənə bilərik. Yetər ki, bunu istəyək və cəhd edək. Əksər insanlar
məhz belə davranırlar.Onların davranış modelləri çox məhduddur. Onlar hansısa
inancları,qaydaları əsas tutub onları qəbul edir və inanırlar. Bununla
kifayətlənməyib həmin inancları şüur və şüuraltında götür qoy edir, işlərində
əsas tuturlar. Bir şeyi unutmamalıyıq ki, məhz bu düşüncə və duyğularla
davranışlarımızı və nəticədə həyatımızı proqramlaşdırırıq. Sizə əzab verən
düşüncələriniz varsa, bu zaman başqalarını və ya vəziyyəti günahlandırmaq lazım
deyil. Siz düşüncələrinizi dəyişməklə daha gözəl nəticələr əldə edə bilərsiniz.
Əgər sizin şəxsi həyatınızda problem baş veribsə və ya hansısa xəstəlik sizdə
yaranıbsa, bu, sizin həyatınızda və düşüncələrinizdə durğunluğun yaranması
haqqında bir siqnaldır. Mütləq düşüncələrinizi, davranışlarınızı dəyişmək və
inkişaf etmək lazımdır. “Sağalmaz xəstəlik” adlandırılan xəstəliklərə tutulub
sonradan düşüncələri və davranışlarının gücüylə bu xəstəliklərə qalib gələn
insanlar haqqında yetərincə faktlar var. Buna görə də, pozitiv niyyətlərə
fokuslanmaq və yeni pozitiv davranış üsulları tapmaq həmişə lazımdır. Nə
qədərki yeni pozitiv düşüncə və davranışlarınız olarsa, bir o qədər də azad
seçim edə biləcəksiz. Əgər yeni düşüncə və davranış modelləriniz əvvəlkilərdən
yaxşıdırsa, bu zaman xəstəlikər də sizə daha lazım olmayacaq.Yeni düşüncə və
davranış modelləri yaratmaq bacarığı sağlam və azad olmağın əsasıdır.
Комментариев нет:
Отправить комментарий