понедельник, 28 ноября 2016 г.

Kəkələmənin yaranma dövrü






      Oxunan ədəbiyyatlardan və praktikadan belə bir nəticəyə gəlmək olar ki, kəkələmə əsasən uşaqlarda məktəb yaşı dövründə əmələ gəlir. Məktəblilərin nitq qabiliyyətindəki araşdırmaların nəticələri göstərir ki, kəkələmənin yaranma dövrü onlar arasında eyni olmayan görünüş müxtəlifliyi var. Kəkələmənin təsadüf edilməsi yaş dövrlərindən, fəaliyət formasından, yaşayış tərzindən və başqa faktorlardan asılıdır.
     Bir çox hallarda 2-5 yaş arasında rast gəlinir.
Uşağın bu keçid dövründə funksional nitq sistemi intensiv inkişafı və fərd kimi formalaşması özünü dərketmənin dövrünə təsadüf edir. Sonra isə loqonevrozluğa meyl azalır, növbəti 10 ildə (5-14 yaş) kəkələmənin meydana gəlməsi təqribi dərəcəsi  elə ilk  yaş dövründə olduğu  dərəcədə müşahidə olunur .
     Uşaqlarda kəkələmənin yaranma dövrünün statistik məlumatların analizi maraqlı müşahidələr etməyə imkan verir.
1) Uşaqlarda kəkələmənin bir çox əlamətləri 2-5 yaş dövrlərində əmələ gəlir. Bu isə cümləli nitq inkişafının müntəzəm intensivləşməsi dövrünə təsadüf edir. Bunun isə nədən baş verdiyi məlumdur. Uşaqda bu nitq danışıq orqanlarının və təfəkkürün sistemli uyğunlaşdırılmasının aktiv formalaşdığı dövrdə baş verir. Eyni zamanda kiçik uşaqlarda nitqin ötəri ləngiməsi təsirindən durğunluq özünü göstərir. Bu isə ali sinir fəaliyyətinin ilkin əlamətinin yaranmasının təzahürü olur.
     Bu xüsusiyətləri bir cox  araşdıran alimlər öz yazılarında qeyd edirlər. Təəccüblü deyil ki, kiçik uşaqlarda sinir sisteminin işinin kicik pozulması, onun  titrək formalı, qıcıq halı məhz nitq danışıq funksiyasında qarışıqlıq yaradır.
2) Kəkələyən uşaqların bir çoxlarına orta məktəbin aşağı siniflərində (xüsusilə I sinifdə) oxuyan şagirdlərdə rast gəlinir. Bu isə  ilkin məktəb təliminin çox hallarda gərginliyə fizioloji və psixoloji pozğunluğa şərait  yaratdığı halla bağlı olaraq kəkələmə baş verir. Hansı ki, məktəbə qədər kəkələmə uşaqda qeyd olunmamışdır.
3) Uşaqlarla kəkələmənin güclənməsi adətən məktəb təliminə keçid dövründə müşahidə olunur. Ona görə də keçid dövründə onlar da tənasül yetkinləşir. Kəkələmənin təsirindən mürəkkəbləşmədə məktəbli uşaqlarda bir tərəfdən müsbət psixofizioloji xüsusiyyətələri yaradır: dişlərin əvəzlənməsi, idrakın inkişafı və özünüdərketmə, tənasül yetkinləşməsi yaranır. Digər tərəfdən kəkələmənin güclənməsində məktəb mühitinin, məktəb şəraiti, dərsə müvafiq sistem, biliyi dərk edib qiymətləndirmək və s. əmələ gəlməsi yaranır. Məktəbə keçid dövründə uşağın fəaliyyətinin çətinləşməsi əhəmiyyət kəsb edir. Bu isə müəllimlə ünsiyyət yaratmaq xüsusiyyətləri, sinif yoldaşları ilə əlaqə bir çox hallarda kəkələyən məktəblinin nitqində xoşagəlməz halları özündən uzaqlaşdırır.
4) Kəkələmə qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Prof. İ.A.Sikorcki bunu qadınlarda beynin sol yarımkürəsinin fəaliyyət-hərəkət mərkəzinin anadan olan dövrdən başlayaraq inkişafının kişi beynindən daha sürətli inkişaf etməsi ilə əlaqələndirir.
5) Uşaq bağçalarında, ümumtəhsil məktəblərində kəkələyən uşaqlara daha çox, valideynlərindən daha kiçik yaşlarından ayrılmış, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan uşaqlar arasında kəkələyən uşaqlara daha az rast gəlinir.
6) Kənd yerində yaşayan uşaqlar arasında şəhər yerində yaşayanlarda daha az rast gəlinir. Kənd yerlərində-0,8-0,9% (İ.İ.Demina, O.Q.Moroz) şəhərdə-təqribən 2% (M.E.Xvatcsev və b.)
      Bunu onunla izah etmək olar ki, kənd yerlərində nisbətən daha sakit həyat şəraiti, sabit tələsməyən həyat ritmi, təbiətin xoş təsiri var. Bunu da qeyd etmək olar ki, sinir xəstəliklərinin statistikası göstərir ki, kənd və qəsəbələrdə yaşayanlar arasında xəstəliyə məruz qalan şəhər yerlərində yaşayanlardan çox azdır. İqlim kəkələməyə getdikcə təsir göstərir. Bunu müxtəlif müəlliflər qeyd edir. Prof. M.Zeeman qeyd edir ki, kəkələməyə iqlimin təsiri başqa nevrozlarda olduğu kimi həddən artıq güclü təsir göstərir.
     Beləliklə biz görürük ki, kəkələmənin statistik məlumatlarına müxtəlif faktorlar təsir göstərə bilər: uşaqların cinsi və yaşı, tərbiyəolunma və təlimin təsir tipi, yaşayış yeri və hətta iqlim. Bura əlavə etmək olar ki, ayrı-ayrı vaxtlarda tədqiqatçılar uşaq nitqinin tədqiqini müxtəlif istqamətlərdə aparmışlar, kəkələmənin mahiyyətini müxtəlif cür dərk etmişlər.












Комментариев нет:

Отправить комментарий